Çörəyi seksdən çıxan “zəhmətkeş” aktyorlar - ARAŞDIRMA

Çörəyi seksdən çıxan “zəhmətkeş” aktyorlar - ARAŞDIRMA
calendar 21 iyul 2011
clock 06:00
Vəfa Zamanlı da porno filmdə baş rola təklif aldığını iddia edir. Bu barədə “Reytinq”ə sənətçi şəxsən məlumat verərək bildirib:
“Mən filmdə ən müxtəlif pozalarda sekslə məşğul olmalıydım. Buna razı olmadım. Bəlkə də mənim yerimdə başqası olsaydı, fikirləşmədən razı olardı. Çünki filmi çəkən şirkət mənə roluma görə 5 milyon dollar vəd etmişdi. Özü də filmin Azərbaycanda da nümayiş ediləcəyi nəzərdə tutulmuşdu. Buna vicdanım yol vermədi. Belə biabırçılıqdan sonra, gərək ölkədən çıxıb gedəydim”.


Təbii ki, Vəfa Zamanlının bu açıqlamasından sonra bəzi insanlar porno çəkilişlərdə ciddi pulun olduğunu sana bilər. Əlbəttə, bu belə deyil. Müxtəlif mənbələrdən əldə etdiyimiz araşdırma nəticəsində məlum oldu ki, dünyada porno çəkilişlərdən milyonlar qazanan çox az adam var ki, onlar da bu qazancı uzun illər “tər töküb” dünya səviyyəsində markaya çevriləndən sonra əldə ediblər. Yəni ilk çəkilişə görə nəinki 5 milyon, heç 5 min $ da təklif etmirlər. Bir də axı, Almaniyada, Fransada, İspaniyada “gözəl” qəhətdir ki, azərbaycanlıya 5 milyon ödəniş edirlər?!


Porno-ulduzlara nə qədər qonorar ödənilir?


Bu suala birmənalı cavab vermək olmaz, çünki konkret olaraq qonorar məbləği nəzərdə tutulmayıb. Məsələn, Cerri Batler “Raw Talent” (“Xam istedad”) kitabında göstərir ki, pornoaktrisalar hər iş günü üçün 1000-1500 $ pul alırlar. Aktyorlar isə bundan 3 dəfə az – 300-500 $ qazanırlar. Deyilənə görə, Savanna (Savannah) bir filmə görə 10 min $ qazanıb, keçmişin məşhur porno ulduzu Seka isə uzun fasilədən sonra yenidən filmdə oynamaq üçün 100 min $ pul tələb edib. Lakin bu rəqəmlərin heç biri rəsmi sənədlərdə əksini tapmayıb.

Porno-aktrisa Brendi Aleksander (Brandy Alexander) deyir: “Aktyorlar yalnız çəkiliş üçün pul alırlar. Yəni filmin qazandığı puldan və bəzi epizodların “Ən yaxşı seçmələr” yığmasına düşməsindən bizə heç nə çatmır”.

Pornofilmlər adətən bir günə çəkilir, çox az film olur ki, 2 günə çəkilsin. Çünki prodüserlər studiyaların icarə haqqının az olmasına çalışırlar. Kişilərə 250-400, qadınlara isə 300-700 $ ödənilir. Məbləğin artıb-azalması seks-səhnələrdə nələrin tələb olunmasından və neçə epizodda iştirak etmədən asılı olaraq dəyişir.

Təbii ki, dünyada porno çəkilişləri rəsmi müqavilələrlə həyata keçirən və filmin prokatından da qazanc əldə edən porno-ulduzlar var. Onlardan biri olan Mariya Takaqi ildə 2.6 milyon $ pul qazanır.

2000-dən çox filmə çəkilmiş aktyor Ron Cereminin illik gəliri isə 10 milyon $-dır.

Aktrisa Cessi Ceyn isə ondan bir qədər az – 8 milyon $-la kifayətlənməli olur.

Pornonun kraliçaları sayılan, xüsusi studiyaları olan aktrisalar Tera Partik və Cenna Ceymssonun isə illik gəlirləri 30 milyon $-dır.

Vüqar QURDQANLI
# 4600 dəfə oxunub

Oxşar xəbərlər

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

13:22 26 noyabr 2024
İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

12:00 31 oktyabr 2024
Dədə Ədalət:  "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

Dədə Ədalət: "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

09:00 31 oktyabr 2024
Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

17:00 24 oktyabr 2024
"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

15:00 23 oktyabr 2024
Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

12:00 23 oktyabr 2024
menu pen all_news