Salvador Dalinin 19 yaşlı türk qızla çılpaq müsahibəsi

Salvador Dalinin 19 yaşlı türk qızla çılpaq müsahibəsi
calendar 23 avqust 2011
clock 05:00
Türkiyənin “Cümhuriyyət” qəzetinin yazarı Zeynəb Oral müsahibə aldığı dünyaca məşhur sənət adamları haqda ən yaddaqalan xatirələrindən ibarət kitab yayımlayıb.

“O sehrli insanlar” kitabı Oral 40 ilə yazdığı deyib və rəssam Salvador Dali ilə müsahibəsinin tarixçəsini danışıb: “Salvador Dali ilə bağlı həqiqətən də gülünc bir xatirəm var.

Parisdə tələbəliyimin son illəri idi. İngiltərəyə getməli idim. Bir fransız jurnalistlə kafedə nahar edirdik.

Qapı açıldı və Salvador Dali yanında bir neçə xanımla içəri daxil oldu. Çox təntənəli bir giriş oldu. Biz də yeməyimizi bitirib getmək üzrəydik.

Qarşımdakı jurnalist “Nə istərdiniz?” kimi bir şey soruşdu. “Həyatda tək istədiyim Dalidən müsahibə almaqdır”, - deyə cavab verdim. Biz qəhvəmizi içərkən ofisiantı çağırdı. Nəsə dedi. Ofisiant da Dalinin stoluna getdi...

Bir az vaxt keçdikdən sonra Dali qalxdı, yanıma gəldi. “Buyurun əmrinizdəyəm. Mənimdən müsahibə almaq istəmisiniz”, - dedi. Çox heyrətləndim, özümü itirdim, əlim ayağım əsdi. O halımı görüb: “Yaxşı. Sabah otelə gəlin danışaq”,- dedi.

Kafedən çıxdım. Yadıma düşdü ki, sabah Londona getməliyəm, biletim var. var. Nə edim nə edim...Kafeyə zəng vurdum. Dalini istədim. “Çox vacib işim çıxdı. Sabah Londona getməliyəm. Bu gün gəlsəm olar?”, - dedim. “Yaxşı, saat 4-də gəlin”, - dedi.

Dediyi vaxtda otelə getdim. Yuxarı çıxdım. Qapını döydüm, açıldı.

Salvador Dali anadangəlmə lüt idi.

O dahi bir rəssam, mən isə 19 yaşım vardı. Geriyə koridora doğru qaçmağa başladım. “Müsahibə almaq istəmirdiniz?”, - deyə arxamdan səsləndi. “İstəmirəm”, -dedim. “Niyə fikrinizdən döndünüz?”, - qışqırdı. “Çünki çılpaqsınız”, -dedim. O da: “Aaa! Üzr istəyirəm. Geyinməyi unutmuşam”, - deyə cavab verdi.
Getdi içəri, geyindi, yenə qapını açdı, oturduq, müsahibəni aldım”.

Məşhur jurnalist Zeynəb Oral Sarbon Universitetinin Teatr Araşdırmaları bölməsindən məzun olub. On beş kitab müəllifidir. 30 ildən çox “Milliyət”, daha sonra “Cümhuriyyət” qəzetində çalışıb.

Günel ƏSGƏRZADƏ
# 2685 dəfə oxunub

Oxşar xəbərlər

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

13:22 26 noyabr 2024
İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

12:00 31 oktyabr 2024
Dədə Ədalət:  "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

Dədə Ədalət: "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

09:00 31 oktyabr 2024
Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

17:00 24 oktyabr 2024
"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

15:00 23 oktyabr 2024
Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

12:00 23 oktyabr 2024
menu pen all_news