Bu azərbaycanlının xaç atası rus imperatoru idi – Lenin onun evinə niyə gəlirdi? - Fotolar

Bu azərbaycanlının xaç atası rus imperatoru idi – Lenin onun evinə niyə gəlirdi? - Fotolar
calendar 2 iyun 2021
clock 13:40

Kulis.az yazıçı-tərcüməçi Vilayət Quliyevin Kazan Universitetinin professoru, əslən azərbaycanlı olan A.N.Mirzə Kazımbəy haqqında tarixi faktlara əsaslanan qısa və maraqlı bir yazısını təqdim edir.

Kazanın mərkəzində, Azadlıq meydanında (keçmiş Bolşaya Qruzinskaya küç.) yerləşən bu ev 1895-1919-cu illərdə yerli universitetin professoru A.N.Mirzə Kazımbəyə məxsus olub. Söhbət məşhur şərqşünasdan deyil, onun qardaşı oğlundan gedir.

1839-cu ildə atasının ölümündən sonra Kazana gələn kiçik qardaş Mirzə Əbdülsəttar burada 1-ci Kazan gimnaziyasında və universitetdə çalışıb.

May be an image of sky

1855-ci ildə o da xristianlığı və Nikolay adını qəbul edib.

Xaç atası imperator II Aleksandr özü olub.

Böyük oğlu Aleksey Nikolayeviç daxili xəstəliklər sahəsində o dövrdə Rusiyanın məşhur həkimlərindən biri kimi tanınıb. Kazan universiteti fakültə terapiyası kafedrasının müdiri, professor, Rusiya vərəmə qarşı mübarizə liqası Kazan şöbəsinin müdiri, "Kazanskiy meditsinskiy jurnal"ın redaktoru və s. olub.

No description available.

Həqiqi mülki müşavir çininə yüksəlib.

Şəkildəki ev 1850-ci illərdə tikilib. İlk sahibi A.N.Bulıqin olub.

1895-ci ildə professor Mirzə Kazımbəy evi ondan satın alıb və böyük ailəsi ilə burada yaşayıb.

1880-ci illərdə isə binanın birinci mərtəbəsində Kazan şahmat klubu yerləşib.

Lenin 1888-1889-cu ilin qışında dostu Dmitri Ardaşevlə birlikdə tez-tez bu kluba - Mirzə Kazımbəyin evinə gəlirmiş.

Sovet dövründə binaya xatirə lövhəsi də vurulubmuş...

May be an image of outdoors

# 3035 dəfə oxunub

Oxşar xəbərlər

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

13:22 26 noyabr 2024
İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

12:00 31 oktyabr 2024
Dədə Ədalət:  "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

Dədə Ədalət: "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

09:00 31 oktyabr 2024
Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

17:00 24 oktyabr 2024
"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

15:00 23 oktyabr 2024
Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

12:00 23 oktyabr 2024
Norma
Norma
menu pen all_news