Həyatınızı dəyişəcək aforizmlər

Həyatınızı dəyişəcək aforizmlər
calendar 24 iyun 2020
clock 21:02

Kulis.az həyat kredonuza çevrilə biləcək sitatları təqdim edir.

Əvvəl mən deyirdim: "Mən ümid edirəm ki, hər şey dəyişəcək". Sonra mən anladım ki, hər şeyin dəyişməsinin bir yolu var – mənim özümün dəyişməyi. Cim Ron

Uğursuzluq – hər şeyi yenidən başlamaq imkanıdır, amma daha müdrikcəsinə. Henri Ford

Əgər problemi həll etmək mümkündürsə, narahat olmağa dəyməz. Əgər problem həll edilməzdirsə, onda narahat olmağa ehtiyac yoxdur. Dalay Lama

Siz çox istedadlısınız və çox səy göstərirsiniz. Amma başa düşməlisiniz ki, bəzi nəticələri əldə etmək üçün vaxt lazımdır. Məsələn, siz hətta 9 qadını hamilə qoysanız, 1 aydan sonra ata olmağınız mümkün deyil. Uorren Baffet

Həyatda bir dəfə bəxt insanın qapısını döyür, amma insan həmin vaxtı yaxınlıqdakı pivəxanada oturur və heç bir qapı səsi eşitmir. Mark Tven

Bizim ən böyük çatışmazlığımız ondadır ki, biz çox tez vaz keçirik. Uğura gedin yol yenidən cəhd etməkdən keçir. Tomas Edison

Mən şəxsən çiyələklə qaymaq yeməyi sevirəm. Amma balıqlar qurd sevir. Ona görə də balıq tutmağa gedəndə mən öz sevdiyim yemək haqda deyil, balığın sevdiyi yemək haqda düşünürəm. Deyl Karnegi

Səhər oyananda özündən soruş: “Mən nə etməliyəm”. Gecə yatanda özündən soruş: “Mən nə etdim?” Pifaqor

Bədbəxt, uğursuz, xoşbəxt və sağlam olmayan o adamdır ki, o tez-tez “sabah” sözünü işlədir. Robert Kiyosaki

Yaşlılar həmişə cavanlara məsləhət görür ki, pula qənaət edin. Bu pis məsləhətdi. Beş qəpikliklərə qənaət etməyin. Özünüzə maya qoyun. Mən 40 yaşıma qədər bir dollara da qənaət etməmişəm. Henri Ford

Mən bunu istəyirəmsə, deməli bu olacaq. Henri Ford

Mən məğlubiyyətlərə dözmürdüm. Mən sadəcə 10 min yol tapırdım, hansılar ki, heç vaxt işləmirdi. Tomas Edison

Ağır iş, sizin indiyə kimi görmədiyin yüngül işlərin cəmidir. Con Maksvell

Mənim çıxartdığım və hər zaman əməl etdiyim bir dərs var, cəhd etmək, cəhd etmək, yenə də cəhd etmək! Və heç vaxt təslim olmamaq! Riçard Brenson

Əgər heç vaxt malik olmadığın bir şeyə malik olmaq istəyirsənsə, heç vaxt etmədiyin bir şeyi etməlisən. Koko Şanel

# 9781 dəfə oxunub

Oxşar xəbərlər

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

13:22 26 noyabr 2024
İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

12:00 31 oktyabr 2024
Dədə Ədalət:  "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

Dədə Ədalət: "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

09:00 31 oktyabr 2024
Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

17:00 24 oktyabr 2024
"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

15:00 23 oktyabr 2024
Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

12:00 23 oktyabr 2024
Norma
Norma
menu pen all_news