Adəm və Həvva Azərbaycan torpağında yaranıb - Avropalı alim "İncil"lə sübut edir - Video

Adəm və Həvva Azərbaycan torpağında yaranıb - Avropalı alim "İncil"lə sübut edir - Video
calendar 24 yanvar 2020
clock 10:54

İngilis tarixçi, araşdırmaçı Devid Rohl “In Search of Eden” filmində Adəm və Həvvanın Azərbaycan torpağında yaradıldığını deyir.

Kulis.az xəbər verir ki, tarixçi, araşdırmaçı bunu müqəddəs kitablar və qədim tarixçilərin bu yöndə yazdığı mətnlərdən çıxış edərək sübuta yetirdiyini iddia edir:

"Urmiya dağlarına yaxınlaşdıqca biz “Ədn bağları”nı hiss edirik. Bu yerlər Adəmin dövründən bu yana, demək olar ki, dəyişməyib".

Müəllif İncildən sitatlar gətirərək orada qeyd olunan informasiyaların Cənubi Azərbaycanda – Urmiya ərazisi dəqiq üst-üstə düşdüyünü deyir:

“Əgər qarşınızda “Ədn bağları” durursa, onda Gexon və Fesson çaylaını tapmaq vaxtıdır. Urmiyadan Şərqdə - İncildə qeyd olunduğu kimi “Ədn bağları”ndan Şərqdə uca dağlarla əhatə olunmuş böyük çökəklik var. Bu, nəhəng cənnət bağlarıdır. Bağ Qərbdən Urmiya gölü ilə sərhəddir. Onun Şərq qapıları isə xarici aləmə açılır. Bütün çökəklik boyu çay axır. Çay böyük gölə tökülür. Bəli, burada bağdan Şimalda, bərəkətli torpaqlarda Araz çayının qolları axır”.

Müəllif iddia edir ki, Araz çayının daha qədim adı var:

“VIII əsrdə Ərəb qoşunları Azərbaycanı tutanda ərəb coğrafiyaşünasları Arazı “Gexon” adlandırırdı. Xatırlayırsınızsa, İncildə Gexon çayının “Quş” torpağından keçdiyi xatırlanır. Erkən din alimləri Quş torpağının Afrikada olduğunu iddia edirdi. Amma hazırda olduğumuz bur torpaqların adı “Quş”dur. Buradakı dağ bu gün də “Quşa dağ” yəni quş dağı adlanır. (Hazırda daha çox Qoşa dağ kimi tanınır. red.) Şübhə yoxdur, Araz çayı tarixi Gexon çayıdır. Bu torpaqlar isə “Həyat kitabı”nda göstərilən “Quş torpağı”dır”.

Qeyd edək ki, filmin müəllifi Devid Rohl tanınmış sənədli film ustalarındandır. Oun sənədli filmləri onlarla dilə tərcümə olunaraq müxtəlif ölkələrdə yayımlanır.

# 17245 dəfə oxunub

Oxşar xəbərlər

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

13:22 26 noyabr 2024
İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

12:00 31 oktyabr 2024
Dədə Ədalət:  "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

Dədə Ədalət: "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

09:00 31 oktyabr 2024
Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

17:00 24 oktyabr 2024
"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

15:00 23 oktyabr 2024
Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

12:00 23 oktyabr 2024
menu pen all_news