Dünən qəfil ölən aktyordan nələr qaldı? - 18 yaşlı oğlu, daim yanında olan qızı, yeni başladığı layihə... - Fotolar

Dünən qəfil ölən aktyordan nələr qaldı? - 18 yaşlı oğlu, daim yanında olan qızı, yeni başladığı layihə... - Fotolar
calendar 19 mart 2021
clock 11:28

Xəbər verdiyimiz kimi ötən gün axşam saatlarında gənc aktyor, ssenarist Ramiz Hüseynzadə qəfil dünyasını dəyişib. Kulis.az aktyorun həyat və yaradıcılığında diqqət çəkən məqamları təqdim edir.

Ramiz Hüseynzadə 1979-cu il sentyabrın 8-də Bakıda anadan olub.

Bir zamanlar Azərbaycanda yumor proqramları arasında “nömrə 1” olan “Tək səbir”in yaradıcılarından olub.

Ramiz müxtəlif televiziya kanallarında müəllif, aparıcı və prodüser olaraq çalışıb. “Taksi” verilişinin prodüseri, “Tək səbir” verilişinin baş prodüseri, “Arı şou” verilişinin yaradıcısı və aparıcısı olub. 2008-ci ildən “ARI Production”ın təsisçisi və rəhbəri kimi fəaliyyət göstərib.

Ramiz Hüseynzadə bir sıra sevilən filmlərin ssenaristi olub. Müəllifi olduğu həmin filmlərdə aktyor kimi də iştirak edib və xüsusi bacarığı ilə seçilib.

O, “Toy” (II), “Hippokrat andı”, “Yumurta (II)”, “Hozu”, “Samedik”, “Toydan sonra nağara” və s. filmlərin ssenaristi, prodüseri olub. Çalışdığı filmlərin əksərində aktyor kimi də rol alıb.

Aktyorun ölüm xəbəri yayılan zaman onun ürəktutmasından dünyasını dəyişdiyi bildirilsə də, ardınca ölüm səbəbi dəqiqləşdirilərək beyin qan sızması baş verdiyi açıqlandı.

Mərhumun dostlarının məlumatına görə o, yüksək təzyiqdən əziyyət çəkirmiş. Onun avtomobildə ikən vəziyyətinin pisləşdiyi və elə sükan arxasında dünyasını dəyişdiyi bildirilir.

Ölümündən bir müddət əvvəl yeni layihəyə başlayıbmış. Yeni işləri ilə bağlı çox sevincli imiş. İdarə etdiyi restoranda həftənin müəyyən günləri “Stand-up” şoular təşkil edir, ölkənin tanınmış stəndapçıları həmin məkanda tamaşaçıların qarşısına çıxırmış.

İki oğlu, bir qızı var: İlkin, Abdul, Məryəm... Böyük övladının 18 yaşı var. Sosial şəbəkələrdə paylaşdığı fotolarda daim qızı Məryəmin onun yanında olduğunu görürük.

Allah rəhmət eləsin.

# 22299 dəfə oxunub

Oxşar xəbərlər

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

13:22 26 noyabr 2024
İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

12:00 31 oktyabr 2024
Dədə Ədalət:  "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

Dədə Ədalət: "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

09:00 31 oktyabr 2024
Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

17:00 24 oktyabr 2024
"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

15:00 23 oktyabr 2024
Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

12:00 23 oktyabr 2024
Norma
Norma
menu pen all_news