“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu
calendar 29 yanvar 2024
clock 09:36

Yanvarın 26-da Azərbaycan Milli Kitabxanasında görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin Almaniyanın “Erqon-Nomos” nəşriyyatında “Bibliotheca Academica” – şərqşünaslıq sahəsində seçilmiş nəşrlər seriyasında çap olunan “Füzuli sənətkarlığı” kitabının təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, kitab Giesen Universitetinin dosenti, şərqşünas-alim Mixael Raynhard Hess tərəfindən alman dilinə tərcümə olunub.

Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşan təqdimat mərasimində ADA universitetin rektoru Hafiz Paşayev, almaniyalı alim Mixael Raynhard Hess, mədəniyyət naziri Adil Kərimli, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Tədbirdə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək Mir Cəlalın Azərbaycan ədəbiyyatına bəxş etdiyi ölməz əsərlərinin bu gün də aktuallığını qoruyub saxladığını bildirib.

Qeyd edilib ki, Azad Berlin Universitetində dahi şairimiz İmadəddin Nəsimi mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş professor Hess azərbaycanlı və avropalı oxuculara “Şuşanın irsi” kitabının müəllifi kimi də tanışdır.

Xatırladaq ki, Mir Cəlal Paşayev 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” mövzusunda müdafiə etdiyi namizədlik dissertasiyasını 1958-ci ildə genişləndirərək “Füzuli sənətkarlığı” adı altında monoqrafiya kimi nəşr etdirib.

# 1889 dəfə oxunub

Oxşar xəbərlər

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

13:22 26 noyabr 2024
İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

12:00 31 oktyabr 2024
Dədə Ədalət:  "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

Dədə Ədalət: "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

09:00 31 oktyabr 2024
Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

17:00 24 oktyabr 2024
"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

15:00 23 oktyabr 2024
Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

12:00 23 oktyabr 2024
menu pen all_news