SSRİ Atatürkün evini niyə bombalamaq istəyirdi? - Araşdırma

SSRİ Atatürkün evini niyə bombalamaq istəyirdi? - Araşdırma
calendar 26 aprel 2022
clock 17:00

Kulis.az “Yumurta əməliyyatı” planı haqqında araşdırmanı təqdim edir.

SSRİ Dövlət Təhlükəsizlik Komitəsi 1969-cu ildə Atatürkün doğulduğu evi bombalayaraq türk-yunan müharibəsini başlatmaq planı hazırlayıb.

Yunanıstanda polkovniklər xuntasının hakimiyyəti ələ keçirməsindən sonra Türkiyə ilə Yunanıstanın arasını pozaraq NATO-nun şərq qanadını zəiflətməyi düşünən SSRİ-nin “Операция яйцо” (Yumurta əməliyyatı) adlandırdığı plana əsasən, guya Türkiyənin Yunanıstana qarşı mövqeyi ucbatından Afinaya köçmək məcburiyyətində qalan bir yunan (“КГБ” agenti), Afinadan Salonikiyə keçib Atatürkün yunan polisi tərəfindən qorunan evinin qarşısına kiçik çaplı bir bomba yerləşdirəcəkdi. Partlayışın baş verəcəyi ərazinin yanındakı zibil qutusuna da Türkiyədə fəaliyyət göstərən bir rum qəzetinin parçaları qoyulacaqdı.

Seçilən agentin Yunanıstanla əlaqələri neytral pozisiyada olan ABŞ, Britaniya, Fransa kimi ölkələrə aid pasport daşıması da qərarlaşdırılmışdı. “КГБ” agenti missiyasını tamamladıqdan sonra ən yaxın zamanda hərəkət edəcək qatar və ya təyyarə ilə Afinaya qayıdacaqdı.

“КГБ”-nin xarici kəşfiyyat bölməsi olan F bölməsi tərəfindən hazırlanan təxribat və suiqəsd kimi xüsusi əməliyyatlarla (мокрые дела - yaş işlər) maraqlanan V departamentinin həyata keçirəcəyi planda hücuma zambaq (лилия), agentə bağban (садовник), Atatürkün evinə vaza (ваза), bombaya çiçək (цветок), bombanın fitil mexanizminə buket (букет) kod adları verilmişdi.

1969-cu ilin mayında bu plan “üzərində təkrar işlənilməsi üçün” keçici olaraq dayandırılaraq “КГБ” arxivində saxlanılmışdır. Vasiliy Mitrokxin adlı arxiv işçisinin ayaqqabısında gizlətdiyi sənədlər ingilis tarixçi Xristofer Andryu tərəfindən “Qılınc və qalxan” əsərində işıqlandırılıb.

Mənbə: The Sword and the Shield

# 2992 dəfə oxunub

Oxşar xəbərlər

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

13:22 26 noyabr 2024
İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

12:00 31 oktyabr 2024
Dədə Ədalət:  "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

Dədə Ədalət: "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

09:00 31 oktyabr 2024
Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

17:00 24 oktyabr 2024
"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

15:00 23 oktyabr 2024
Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

12:00 23 oktyabr 2024
menu pen all_news