Atom bombasından sonrakı Yaponiya haqqında bilmədiyimiz 10 FAKT

<b>Atom bombasından sonrakı Yaponiya haqqında bilmədiyimiz <span style="color:red;">10 FAKT </b>
calendar 10 avqust 2017
clock 15:35

Bu günlər Yaponiya və bütün dünya Xirosima və Naqasaki faciəsini anır. ABŞ 1945-ci ilin 6 avqustunda yapon şəhəri Xirosimaya, 9 avqustda isə Naqasaki-yə nüvə hücumu etdi. Hücumçuların “Little boy” (“Balaca oğlan”) və “Fat man” (“Gombul”) adlandırdıqları iki atom bombası 246 minədək insanın həyatına son qoydu. Atom bombaları atmaqla Birləşmiş Ştatlar iki məsələni həll etdi: Yaponiyanın kapitulyasiyasını sürətləndirdi və real şərtlərlə nüvə silahını sınaqdan keçirdi. Bəşər tarixində analoqu olmayan bu dəhşətli faciə yapon mədəniyyətində əks olunmağa başladı. Kulis.az Xirosima və Naqasakidə yaşanan insanlıq faciəsinə həsr olunmuş məlumatları təqdim edir.

1. Yapon dilində “Xibakusiya” sözü var. Bu söz tərcümədə “partlayışın təsirinə davam gətirənlər” mənasını verir. Onlar Xirosima və Naqasakidə atom bombasından sağ qurtulanları belə adlandırırlar.

2. Naqasakidə bombanın düşdüyü yerin yaxınlığındakı 6 qinkqo ağacı ciddi zədə aldı, amma möcüzə nəticəsində məhv olmadılar. Tezliklə yanmış budaqlarda yeni tumurcuqlar yarandı. O zamandan bəri Yaponiyada qinqko ağacı ümid rəmzi sayılır.

3. Çox adam Yaponiyanın məşhur monstrı Qodzillanın Xirosima və Naqasakidəki partlayışı rəmzləşdirdiyini bilmir.

4. Hər ilin 6 avqustunda Xirosimanın Xatirə Park kompleksində anım mərasimi keçirilir və partlayışın baş verdiyi saatda – 8:15-də bir dəqiqəlik sükut elan olunur.

5. Partlayış vaxtı şəhərdə olan və sağ qalan insanların uşaqları arasında mutasiya və ciddi patologiyası olmayanlar var.

6. Bombalanmadan sonra sağ qalanlar və onların uşaqları ciddi diskriminasiyaya məruz qaldı – cəmiyyəti şüalanmanın fəsadları haqda qorxular bürümüşdü. Bombalanmadan sağ qalan insanlara nikaha girmək, iş tapmaq çətin idi, çünki, çoxu düşünürdü ki şüalanma yolxucudur və irsən keçir.

7. Dünya ölkələrinin müxtəlif şəhərləri nüvə silahının ləğvi uğrunda çıxışlar edir, Xirosimanın meri isə, 2020-ci ilədək sülh və nüvə arsenalının ləğvi hərəkatının prezidentidir.

8. Oleandr – Xirosima şəhərinin rəsmi çiçəyidir: oleandr nüvə zərbəsindən sonra çiçəkləyən ilk bitkidir.

9. Yalnız 1958-ci ildə Xirosima əhalisi 410 min nəfərə çatdı və nəhayət ki, bununla müharibəyə qədərki sayı aşdı. Bu gün şəhərdə 1,2 milyon insan yaşayır.

10. Xirosima və Naqasakidəki faicə qurbanlarının 10 faizi koreyalı idi. Onların da çoxu yapon hərbçiləri üçün silah və hərbi ləvazimatlar istehsal edən asılı fəhlələr idi. Bu gün hər iki şəhərdə çoxlu Koreya icmaları var.

# 3083 dəfə oxunub

Oxşar xəbərlər

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

13:22 26 noyabr 2024
İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

12:00 31 oktyabr 2024
Dədə Ədalət:  "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

Dədə Ədalət: "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

09:00 31 oktyabr 2024
Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

17:00 24 oktyabr 2024
"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

15:00 23 oktyabr 2024
Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

12:00 23 oktyabr 2024
menu pen all_news