Nə yeyirsənsə osan FOTOLENT

Nə yeyirsənsə osan FOTOLENT
calendar 29 noyabr 2013
clock 08:45

“Sən yediyinsən” ifadəsi hamıya yaxşı tanışdır. Deməli belə, ola bilər bu ifadədə düşündüyümüzdən də çox məna var.

Yerkökü – gözlər

Yerkökünü bir qədər çəpəki nazik dilimlərlə doğrayın – və bu tərəvəzin nə dərəcədə gözə bənzədiyini görəcəksiniz, hətta göz bəbəyini xatırladan incə cizgilərə kimi. Və bu həqiqətdir, bu tərəvəzi yeyərkən gözləriniz üçün xeyirxah iş görürsünüz. Kökdə yaşlı vaxtda görmə qabiliyyətini itirməkdən qoruyan vitamin və antioksidantlar (məsələn? betakerotin) doludur.

Qoz – beyin

Qozun bükük və qırışları onu inanılmaz dərəcədə beynin sağ və sol yarımkürəciklərinə oxşadır. Təəccüblü deyil ki, qozu “boz maddə”nin qidası adlandırırlar – onlar beynin normal işləməsini təmin edən Omeqa 3-lə zəngindir.

Kərəviz – sümüklər

Kərəvizin uzun incə saplaqları sümüklərə bənzəyir və onlar üçün çox xeyirlidir. Kərəviz sümüklərin minerallaşmasını tənzimləyən silisium mənbəyidir.

Avokado – uşaqlıq

Avokado formasına görə uşaqlığı xatırladır və reproduktiv sağlamlığı qorumaq üçün çox faydalıdır. Avokado uşaqlığı displaziya riskini azaldan foli turşusu ilə zəngindir.

Dəniz ilbizi – kişi cinsiyyət vəzisi

Tədqiqatlar göstərir ki, dəniz ilbizi həqiqətən də kişi sağlamlığı üçün çox yaxşıdır. Çünki onlar spermanın keyfiyyətini yaxşılaşdıra bilən foli turşusu və sinklə ilə zəngindirlər.

Qreypfrut – döş

Lumu və qreypfrut kimi sitrusların qadın döşü ilə oxşarlığı adi təsadüfdən artıq ola bilər. Qreypfrutda döşdə xərçəng hüceyrələrinin yaranmasının qarşını alan “limonoid” adlanan maddələr var.

Pomidor – ürək

Pomidoru iki yerə bölün – ürək strukturunu xatırladan çoxsaylı kameralar görəcəksiniz. Araşdırmalar belə göstərir ki, tərkibində likopin olması sayəsində pomidor ürək xəstəliklərinin riskini aşağı salır. Belə ki, əgər siz pomidora bir az zeytun ya avokado yağı əlavə etsəniz, bu zaman likopinin həzm edilməsi 10 dəfə artır.

Qırmızı şərab – qan

Qana oxşayan qırmızı şərab resveratrol daxil olmaqla antioksidant, polifenolla zəngindir. Bir qədər qırmızı şərab içdikdə siz ürək-damar xəstəliklərinin səbəbi ola bilən xolesterindən müdafiə əldə edirsiniz. Bundan başqa, qırmızı şərab qan durultmaq qabiliyyətinə malikdir, deməli – qan laxtalarının əmələ gəlməsininin qarşısını alır.

Zəncəfil – mədə

Zəncəfil mədəyə oxşayır və məlum olduğu kimi, ürək bulanmasının qarşısını almağa kömək edir. Tərkibində iltihaba qarşı və antioksidant xüsusiyyətlərə malik olan gingerol var.

# 5577 dəfə oxunub

Oxşar xəbərlər

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

13:22 26 noyabr 2024
İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

12:00 31 oktyabr 2024
Dədə Ədalət:  "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

Dədə Ədalət: "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

09:00 31 oktyabr 2024
Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

17:00 24 oktyabr 2024
"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

15:00 23 oktyabr 2024
Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

12:00 23 oktyabr 2024
menu pen all_news