Bakı  itləri haqda müşahidələr

Bakı  itləri haqda müşahidələr
calendar 6 iyun 2016
clock 11:39

Ruslan Köçərli

Son 3 ayı səhər tezdən Binəqədi, Nərimanov, Nəsimi rayon ərazilərində velosiped sürürəm,

İşə gedən, idman edən adamları və itləri müşahidə edirəm.

Hələlik itlər barədə.

Gəzdiyim marşrutlar üzərində 18 it sürüsü (ailəsi) görürəm, cəmi 120 it olar.

Ərazilər aralarında bölünüb, sərhədlər var.

Qonşu olan dost və düşmən sürülər var.

Düşmən sürü sərhədə yaxınlaşanda ərazi sahibi sürü cumub aqressiv hürüşlərlə reaksiya verir.

Dost sürülər yəqin ki yaxın keçmişdə bir ailənin ikiyə bölünməsindən yaranıblar, qohumdular.

Birinin ərazisində hadisə olanda hürüşmə səsinə qonşu sürü də gəlir, bir yerdə hürüşürlər, hadisə sovuşandan sonra köməyə gəlmiş sürü öz ərazisinə qayıdır.

Şəhərin fərqli yerlərində sürülərin davranışında fərqlər müşahidə olunur.

Mərkəzə yaxında yaşayan sürülər azsaylıdır, daha urbanistik davranışlıdılar; mərkəzdən uzaqda olanlar çoxsaylı və nisbətən vəhşidir.

İlk günlər mənə cummaq istəyənlər oldu, indi öyrəşiblər, yanlarından keçəndə reaksiya vermirlər.

8-ci mikrorayona yaxın “Qoşa zapravka” deyilən yerdə yaşayan sürü yolu bir qayda olaraq piyada zolağından keçir.

Bu gün 15-20 dəqiqə dayanıb baxdım, yolu keçəndə zolaqdan kənara ayaq basmırlar.

Piyadaya üstünlük verən zolaqdır, yəqin itlər müşahidə ilə öyrəniblər.

Maşınların piyadalara yol verməsini görürlər, bəlkə də fikirləşirlər maşınlar onlara da yol verməlidir, bir halda ki adamlara yol verirlər.

Ancaq əksər maşınlar dayanmır, siqnal verib itləri yoldan qovurlar.

Sürücülər zolaqda piyadalara yol vermək mədəniyyətinə demək olar yiyələniblər, qalır itlərə də yol verməyi vərdiş etmək.

Bir də, 5-10 əlavə addımla gedib yolu zolaqdan keçmək əvəzinə haradan gəldi keçən adamların bu itləri görüb onlardan yol keçid mədəniyyətini öyrənməsi pis olmazdı.

www.facebook.com/ruslan.kocherli

# 1424 dəfə oxunub

Oxşar xəbərlər

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

13:22 26 noyabr 2024
İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

12:00 31 oktyabr 2024
Dədə Ədalət:  "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

Dədə Ədalət: "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

09:00 31 oktyabr 2024
Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

17:00 24 oktyabr 2024
"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

15:00 23 oktyabr 2024
Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

12:00 23 oktyabr 2024
menu pen all_news