Rəsulzadədən qalan sitatlar

Rəsulzadədən qalan sitatlar
calendar 31 yanvar 2014
clock 09:00

Yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 130 il ötür.

Kulis.az Rəsulzadədən yadigar qalan nadir fotolarla birlikdə ondan maraqlı sitatları da təqdim edir.

"Ey Gənclik! Sənin öhdəndə böyük bir vəzifə var! Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı və onu min müşkülatla yüksəldərək dedi ki, BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ! Əlbəttə sən onun bu ümidini qırmayacaq, Azəri türklərinin yanıqlı nəğmələrinə mövzu olmuş bu bayrağı bir daha o bina üzərinə dikəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan!".

"Sən bizimsən, bizimsən durduqca bədəndə Can,

Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!".

"Türkəm, bu cəhətdən özümü xoşbəxt hiss edirəm!".

"İnsanlara hürriyət, millətlərə istiqlal!".

"Azadlıq, cahanşumul bir fikirdir. Bir tək əsir insan, bir tək əsir millət qaldıqca, dünya həqiqi azadlıq və əmniyyət üzü görə bilməz!".

“...Tanınmış ideya və şəxsiyyətləri çürütmək qeyrətilə meydana atılanlar, bilərək və ya bilməyərək, böyük davanı kiçildənlərdir”.

“Şimdi hər vətəndaş kəndi bacara biləcəyi vəzifə ilə müttəhid bir qüvvət halında hazırlanmalı və hökumətimizin bütün əmrlərinə, bütün qərarlarına riayət edərək bir müdafe halında gözükməlidir. Biz əminiz ki, bu birliklə bugünkü vəziyyətdən biz zərərsiz, xəsarətsiz çıxa bilər və istiqlal tariximizin bugünkü səhifəsini də qurtarıb yolumuzda iləriləriz”.

“İman, iman! İştə bu günün ən qüvvətli müdafei, ən qüvvətli amili budur.”

“Diləkləri öz dilində diləmək, istədiklərini öz dilində istəmək, ağzından çıxan sözlərin nə mənada sözlər olduğunun özünü də bilmək bizcə daha məqbul görünüyor. Duaların mənalarını anlamaqla xalqda islamın ruhunu, fikrini anlamaq daha da irəlilər... Bu gün islam aləmində olan zahiri birlik o zaman ruhi və mənəvi birliyə mübəddəl olar”.

“Bulunduğumuz mühacirət şərtləri daxilində, Azərbaycan davası naminə birləşmək milli davanı yaşatmış və yaşadan fikir sistem və nümayəndələrinə hörmət etməklə olur. Bunun üçün hər türlü kiçik hesablardan və hisslərdən sıyrılaraq fikrə önəm vermək lazımdır”.

# 6616 dəfə oxunub

Oxşar xəbərlər

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

13:22 26 noyabr 2024
İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

12:00 31 oktyabr 2024
Dədə Ədalət:  "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

Dədə Ədalət: "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

09:00 31 oktyabr 2024
Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

17:00 24 oktyabr 2024
"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

15:00 23 oktyabr 2024
Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

12:00 23 oktyabr 2024
menu pen all_news