“Atatürk Leninlə birləşmişdi”

“Atatürk Leninlə birləşmişdi”
calendar 13 mart 2013
clock 14:47

“Mustafa Kamal Atatürkün Azərbaycan, ümumiyyətlə Cənubi Qafqaz siyasəti ilə bağlı kifayət qədər araşdırmalar aparılmayıb. Atatürkün irsini, onun Şərq ordusunun komandanı Kazım Qarabəkir paşa ilə məktublaşmalarından sui-istifadə edirlər”. Bu sözləri “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Atatürkün Müsavatı ingilislərə işləməkdə ittiham etməsinə münasibət bildirərkən deyib.

Akif Aşırlı bildirib ki, Atatürkün yaratdığı milli müqavimət hərəkatının Müsavat hökuməti ilə əlaqələri var idi: “Bu əlaqələr Hüseyn Bayqaranın “Azərbaycanın istiqlal mücadiləsi” kitabında da əksini tapıb. Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu baş naziri Nəsib bəy Yusifbəyli ilə Atatürkün Türkiyədən göndərdiyi nümayəndə heyəti arasında ümumi danışıqlar getmişdi ki, Türkiyənin parçalanmasına yönəlmiş siyasəti əngəlləmək üçün Azərbaycanın imkanlarından istifadə olunsun. Türkiyənin o zaman maddi durum çox ağır idi. Atatürk milli mübarizəyə başlayanda səhv etmirəmsə cibində 700 türk lirəsi vardı. Digər tərəfdən, sultanın nəzarətində olan İstanbul hökuməti də Atatürkü dəstəkləyən hərbçilərin maaşını kəsmiş, onların rütbələrini almışdı. Atatürk maddi vəziyyətini düzəltmək istədiyi üçün AXC-yə müraciət etmişdi. Bu müraciət də müsbət cavablandırılmışdı. Sadəcə aprel çevrilişi imkan vermədi ki, yardımlar Atatürkə çatdırılsın. Atatürk Çar Rusiyasının əsarətində olan xalqların, o cümlədən də Azərbaycanın müstəqil olmasının tərəfdarı olub.

Atatürk Türkiyənin müxtəlif yerlərindən gələn məclis üzvləri yığıb Türkiyə Böyük Millət Məclisini təşkil edəndə artıq 1920-ci il 4 aprel idi. Azərbaycanın da bolşevikləşdirilməsi bundan 24 gün sonraya təsadüf edir. Atatürk qarmaqarışıq vəziyyətdə, Türkiyənin parçalandığı vəziyyətdə necə buna razılıq verə bilərdi? Yanlış arqumentlədir ki, bəzi tarixçilər tərəfindən irəli sürülür. Atatürk təbii ki, Azərbaycanın müstəqil sovet respublikası olmasının tərəfdarı olub”.

Akif Aşırlı bildirib ki, Atatürklə Leninin isti münasibətlərinin xüsusi səbəbləri olub: “Atatürklə Lenin birləşmişdi. Birləşməyin məğzi ondan ibarət idi ki, sovet Rusiyasının da, Türkiyəni də düşməni Britaniya idi. İngilislər artıq İzmiri işğal etmişdilər. Yunanları silahlandırırdı, bəzi adalar artıq fransızlara verilmişdi. Ortada Sevr müqaviləsi vardı.

Bütün bunların qarşısını almaq üçün Atatürkə həm siyasi, həm də maddi dəstək lazım idi. Düşmənlərinin bir olmağı Atatürklə Lenini birləşdirmişdi. Təbii ki, Türkiyədə müəyyən qüvvələr bu ölkənin Türkiyənin bolşevikləşdirilməsini istəyirdilər. Ancaq Atatürk buna qarşı sərt mübarizə aparırdı. Moskvada iştirak edən Türkiyə nümayəndə heyətinə Atatürkün xüsusi tapşırığı var idi ki, Azərbaycanın parçalanmasına izn verməyin. Əsaslandırın ki, siz ruslar əgər istəyirsinizsə ki, sizin nəzarət etdiyiniz bölgədə yaşayan - türklərin, müsəlmanların sizə münasibəti yaxşı olsun, ilk növbədə bu sizin Azərbaycana münasibətinizdən asılı olacaq. Əgər Qarabağı, Naxçıvanı Ermənistana versəniz digər müsəlmanlar görəcək ki, bolşevizm müsəlmanlara ədalət gətirmir. Onların sizə pis münasibəti formalaşacaq. Orda iştirak edən Azərbaycan nümayəndə heyəti ilə Türkiyə nümayəndə heyətinin fikirləri üst-üstə düşüb. Azərbaycanın bolşevikləşdirilməsi tarixi bir proses idi. Bunu yönləndirmək, Atatürklə bağlamaq düz deyil. Lenin vasitəsilə Türkiyəyə silah, maliyyə dəstəyi oldu. Atatürk Türkiyə Cümhuriyyətinin 10 illik tədbirində çıxış edərkən deyir ki, bizim əsarətdə qalan qardaşlarımız var, sizi bunu unutmayın”.

# 5752 dəfə oxunub

Oxşar xəbərlər

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

13:22 26 noyabr 2024
İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

12:00 31 oktyabr 2024
Dədə Ədalət:  "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

Dədə Ədalət: "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

09:00 31 oktyabr 2024
Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

17:00 24 oktyabr 2024
"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

15:00 23 oktyabr 2024
Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

12:00 23 oktyabr 2024
Norma
Norma
menu pen all_news