İncəsənətsevərlər üçün 5 ən yaxşı otel

İncəsənətsevərlər üçün 5 ən yaxşı otel
calendar 14 iyul 2014
clock 07:30

Kulis.az yay tətilini Avropada keçirmək istəyən incəsənətsevərlər üçün 5 ən yaxşı art-oteli təqdim edir:

“Le Negresco”, Nis


Fransanın Nis şəhərində yerləşən, dəbdəbəli eksteryeri və dekadent rokoko interyeri ilə seçilən “Le Negresco” oteli Monako şahzadəsi Qreys Kelli, “Beatles” qrupu, Salvador Dali kimi məşhurları qonaq edib. Otelin çəhrayı qübbəsi Qustav Eyfelin, divarlarındakı bənzərsiz əsərlər isə Fransua Buşe, Jan Kokto və Sonya Delonenin əməyidir.

Andaz Hotel, Amsterdam


“Alisa möcüzələr ölkəsində” əsərindən təsirlənərək hazırlanmış otel əvvəllər şəhərin əsas kitabxanası olub. Marsel Uondersın dizayn etdiyi otelin divarlarından asılmış iri qaşıqlar və qızıl balıqlar sürrealist təsir bağışlayır.

Le Meridien, Vyana


Ənənəvi və müasir incəsənətin mükəmməl qarışığı olan otelin dizaynı Hişam Baroça, Sem Semor və Yan Leiyə məxsusdur. “Le Meridien Vienna”nı fərqləndirən cəhətlərdən biri yataqların arxasındakı divarlarda müxtəlif rəsmlərin canlanmasıdır.

The Beaumont, London


İngilis heykəltəraş Entoni Qormlinin əsərlərinə muzeylərdə əl vurmağa bəlkə də icazə verilmir, “The Beaumont”da isə qonaqlara bu dəyərli əsərlərlə birlikdə qalmaq imkanı yaradılır. Otel bu ilin avqust ayında yenidən istifadə veriləcək.

Hotel Arts, Barselona


1992-ci ildə İspaniyada keçirilmiş Yay Olimpiya Oyunları ərəfəsində tikilmiş “Hotel Arts” 483 otaqdan ibarətdir. Otelin qonaqları məşhur arxitektor Frenk Gerinin “Qızıl balıq” abidəsinə baxaraq günəşlənə bilərlər. Burada Joan Miro, Pikasso və Qaudinin əsərlərindən də zövq almaq olar.

# 2522 dəfə oxunub

Oxşar xəbərlər

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

13:22 26 noyabr 2024
İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

12:00 31 oktyabr 2024
Dədə Ədalət:  "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

Dədə Ədalət: "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

09:00 31 oktyabr 2024
Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

17:00 24 oktyabr 2024
"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

15:00 23 oktyabr 2024
Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

12:00 23 oktyabr 2024
menu pen all_news