Ölkəmizdə mədəni irs festivalı keçiriləcək

Ölkəmizdə mədəni irs festivalı keçiriləcək
calendar 25 oktyabr 2019
clock 10:01

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi noyabrın 1-dən 15-dək Bakı, Gəncə və Qəbələnin Nic kəndində 2-ci “Fantazia” mədəni irs festivalı keçirəcək.

Məşhur Bakı hamamının mühafizə olunan binasının şərəfinə adlandırılan “Fantazia” festivalının məqsədi mədəni irsin nümayişi və qorunması zəruriliyi barədə məlumatlılığın artırılmasıdır. Bu il festival “Şərq tərəfdaşlığı”nın 10 illik yubileyi ilə üst-üstə düşür.

Festival Avropa İttifaqına üzv dövlətlər və üçüncü ölkələrlə, o cümlədən Fransa, Bolqarıstan, İtaliya, Latviya, Finlandiya, Belçika, Hollandiya, Macarıstan, Moldova, Meksika, Argentina, Tacikistan, Venesuela, həmçinin aralarında Azərbaycan Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin də olduğu yerli tərəfdaşlarla birgə təşkil olunacaq.

Festival noyabrın 1-də Azərbaycan Fransız Universitetində təşkil olunacaq memarlıq irsinə həsr olunmuş konfrans və Bakının tarixinə həsr olunmuş pop-up muzeyin açılış tədbiri ilə başlayacaq, müxtəlif fotosərgilər, film nümayişləri, konsert və teatr tamaşaları, universitetdə ustad dərslərlə davam edəcək. Bu münasibətlə Bakıya 10-dan çox xarici qonaq gələcək.

Festival çərçivəsində sərgilərin, debatların və film nümayişlərinin təşkili Gəncədə baş tutacaq. Qonaqlar, həmçinin Qəbələ rayonunun Nic kəndində təşkil olunacaq Alban-Udi Mədəniyyət Günündə də iştirak edəcəklər.

Festival "The Landmark" otel və biznes mərkəzinin dəstəyi ilə keçirilir. Tədbirin rəsmi tərəfdaşları “YARAT” Müasir İncəsənət Məkanı, “Salaam Cinema”, Gəncə Şəhər İcra Hakimiyyəti, Alban-Udi Xristian dini icması, AEDOS, Barselona Casa Battlodur. Elmi tərəfdaşları KaFoskari Venesiya Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan-Fransız Universiteti, Gəncə Dövlət Universitetidir. “United Cultures” Avropa İttifaqı tərəfindən maliyyələşdirilən müqavilə çərçivəsində təşkilati dəstək göstərir.

Qeyd edək ki, festivalla bağlı oktyabrın 28-də “Landmark”da mətbuat konfransı keçiriləcək.

# 1660 dəfə oxunub

Oxşar xəbərlər

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

13:22 26 noyabr 2024
İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

12:00 31 oktyabr 2024
Dədə Ədalət:  "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

Dədə Ədalət: "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

09:00 31 oktyabr 2024
Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

17:00 24 oktyabr 2024
"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

15:00 23 oktyabr 2024
Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

12:00 23 oktyabr 2024
Norma
Norma
menu pen all_news