Dolma kimindir? - ARAYIŞ

Dolma kimindir? - ARAYIŞ
calendar 24 may 2016
clock 16:09

Ermənistandan ənənəvi “Udili” dolma festivalı keçirilib. Festivalda 23 metr hündürlüyündə dolma hazırlanıb. Dolmanın milli yeməkləri olduğunu iddia edən ermənilər hər il festival keçirməklə sanki dünyaya sübut etmək istəyirlər ki, dolma onlarındır.

Amma içinə qiymə ət qoyulan, əsasən üzüm yarpağından hazırlanan bu xörək Cənubi Qafqaz, Balkanlar, Kiçik və Orta Asiya, Şimali Afrikada yayılıb. Bu milli mətbəxlərin hər birində dolmanın hazırlanma xüsusiyyətləri fərqli olsa da ümumi qayda eyni olaraq qalır.

Dolma təkcə bizimlə ermənilər arasında deyil, türklərlə yunanlar arasında da mübahisə mövzudur.

“Dolma”ya türkdilli xalqlar arasında “dolma”, “dulma”, “tulma”, “sarma” deyilir. Ərəblər “dolme”, “malfuf”, “sarma”, “mehşi”, ermənilər “tolma”, yunanlar “dolmas”, gürcülər “tolma”, farslar “dolmeh” deyirlər.

Bəzi mənbələrin fikrinə görə dolma “dolmaq” feilindən törəyib. Oksford universitetinin yeməklə bağlı sorğu kitabçasında dolmanın adının türk kökənli olması qeyd olunub. İlkin fars və ərəb mənbələrində dolma adına rast gəlinməsə də artıq Osmanlı imperiyası dövründən saray mətbəxinin ayrılmaz xörəyinə çevrilib. Tədqiqatçıların dolmanın məhz bu dövrdə yarandığını isə dolmanın yunan mətbəxindən Osmanlı sarayına keçdiyini iddia edirlər. Elə ermənilər də bu fikrə qoşularaq dolmanın məhz ermənilərdən Osmanlı mətbəxinə və başqa xalqlara keçdiyini iddia edirlər. Kembric universitetinin dünya mətbəxi haqqında nəşrində də qeyd olunub ki, iranlılar dolmanı Türkiyədən mənimsəyiblər.

Dolmanın tarixi Orta Asiya türklərinə qədər uzanır. “Dolma”nın yayılma arealına baxdıqda görünür ki, Azərbaycan, İran, Ermənistan, Gürcüstan, Ərəb ölkələri tərəflərdə bu xörək “dolma” adının müxtəlif variantları ilə anılır. Makedoniya, Bolqarıstan və digər Balkan ölkələrində isə “sarma” adı ilə məşhurdur. “Dolma” sözünün etimologiyası əslində hər şeyi deyir.

# 1948 dəfə oxunub

Oxşar xəbərlər

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

13:22 26 noyabr 2024
İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

12:00 31 oktyabr 2024
Dədə Ədalət:  "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

Dədə Ədalət: "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

09:00 31 oktyabr 2024
Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

17:00 24 oktyabr 2024
"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

15:00 23 oktyabr 2024
Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

12:00 23 oktyabr 2024
menu pen all_news