Afrikalı uşaqları xilas edib ölən 9 yaşlı qız

Afrikalı uşaqları xilas edib ölən 9 yaşlı qız
calendar 17 aprel 2015
clock 08:00

Bu, bir mərhəmət və xeyirxahlıq hekayətidir.

Vur-tur 9 il yaşamış amerikalı Reyçel Bekvisin hekayəti…

2011-ci il… Amerikanın Sietl şəhəri.

Doqquz yaşının tamamına az qalmış Reyçel valideynlərindən xahiş edir ki, onun doğum gününü keçirməsinlər.

Bunun əvəzində doğum gününə xərclənəcək pul, o cümlədən dostlarının onun ad gününə alacağı hədiyyələrin pulu internet səhifəsində açdığı hesaba köçürülsün.

Hesaba köçürülən pulu balaca Reyçel Afrikada təmiz su qıtlığından əziyyət çəkən insanlar üçün quyuların qurulmasına xərcləmək istəyirdi. Onun bu arzusu kilsədə keçirilən bir tədbir zamanı yaranmışdı.

Reyçel valideynləri ilə tez-tez kilsəyə gedirdi.

Günlərin birində kilsəyə "Charity: water" xeyriyyə təşkilatının sədri Skott Harrison gəlir.

O, öz mühazirəsində yoxsul ölkələrdə insanların içməli sudan əziyyət çəkdiyindən danışırdı.

Tədbirdə Reyçel də iştirak edirdi.

Fondun rəhbəri kilsəyə gələnləri Afrikadakı insanlara kömək məqsədilə pul toplamağa çağırır.

Həmin tədbirdə Reyçel 4,5 min afrikalı uşağın çirkli su içmək məcburiyyətində qalaraq müxtəlif yoluxucu xəstəliklərə tutulduğunu, həyatını itirdiyini öyrənir.

Qızcığaz gölməçələrdən, bataqlıqdan natəmiz su içən, infeksiyaya yoluxub ölən uşaqların kadrlarını görəndə dəhşətə gəlir.

O, Skott Harrisona sual vermək üçün növbə gözləyir. Amma anası tələsdiyindən bu, mümkün olmur.

Sonra valideynlərindən Afrikaya yardım məqsədilə internetdə səhifə açmağı xahiş edir. Onun məqsədi heç olmasa 300 dollar yığmaq idi ki, bununla da 15 uşağın həyatını xilas etmək mümkün olardı.

Fəqət, Reyçel yalnız 220 dollar toplaya bilir.

Bu, Reyçelin ilk xeyirxah təşəbbüsü deyildi. O, iki dəfə saçlarını kəsdirmişdi ki, onlardan onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara parik düzəldilsin.

Səhifənin açılışından az sonra faciə baş verir. Sietl şossesində 13 аvtomobil toquşur. Və qəzanın yeganə qurbanı doqquz yaşlı Reyçel olur.

Həkimlər onun həyatını xilas edə bilmir.

Reyçelin xilası mümkün olmadığını anlayandan sonra, onun orqanları başqa uşaqların xilası üçün istifadə edilir.

Gənc ailəyə dəstək, təsəlli vermək məqsədilə qohumlar, dostlar Reyçelin səhifəsindəki hesaba pul köçürməyə başlayır.

Hesabda artan pul ictimaiyyətin də diqqətini çəkir. Onun xeyirxahlığı Amerika cəmiyyətində böyük rezonans doğurur və baş tutmayan planları çoxunu sarsıdır.

2011-ci ilin oktyabrında dünyanın hər yerindən minlərlə insan aksiyaya qoşulur və nəticədə 1265823 dollar toplanır.

Toplanan pul 60 min ehtiyacı olan adamın probleminin həllinə kömək edir.

Reyçelin anası Samanta Pol bu gün də qızının işini davam etdirir.

Sevda Sultanova

# 1646 dəfə oxunub

Oxşar xəbərlər

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

13:22 26 noyabr 2024
İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

12:00 31 oktyabr 2024
Dədə Ədalət:  "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

Dədə Ədalət: "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

09:00 31 oktyabr 2024
Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

17:00 24 oktyabr 2024
"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

15:00 23 oktyabr 2024
Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

12:00 23 oktyabr 2024
menu pen all_news