Tərcümə Mərkəzindən "Mir" telekanalına etiraz

Tərcümə Mərkəzindən "Mir" telekanalına etiraz
calendar 24 noyabr 2015
clock 16:36

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi "Mir" telekanalının direktoru xanım Yekaterina Abramovaya və "Mir" DTRŞ-nin Azərbaycan Respublikasındakı Milli Nümayəndəliyinin direktoru cənab İlqar Paşazadəyə etiraz məktubu ünvanlayıb. Məktubda deyilir:

"Hörmətli Yekaterina Abramova,

23.11.2015-ci il tarixində "Mir" televiziya kanalının "180 минут новостей на завтрак" proqramında dünyanın ən gözəl metro stansiyası qismində təqdim olunan Bakının "Nizami" metro stansiyasının "dahi fars şairi Nizami Gəncəvinin adını daşıyan metro stansiyası", stansiyanın arxitektoru - Azərbaycanın Xalq Memarı Mikayıl Hüseynovun isə, "görkəmli sovet memarı" kimi təqdim olunması, kanalın Azərbaycana, onun milli-mədəni tarixinə sayqısızlığının bariz nümunəsidir.

Məlumat üçün bildiririk ki, Nizami Gəncəvi 1141-ci ildə Azərbaycanın Gəncə şəhərində anadan olmuş, bütün ömrünü burada yaşayaraq yazıb-yaratmış, 1209-cu ildə orada da vəfat etmişdir. Əsərləri ilə dünyada dahi Azərbaycan şairi kimi tanınır. Həmçinin, verilişdə "sovet memarı" kimi təqdim olunan Mikayıl Hüseynov - tanınmış Azərbaycan memarıdır.

Məlumat mətnində "Azərbaycan" adının bu sayaq "səliqə ilə" ört-basdır edilməsi, "Мир" (Dünya) adını daşıyan kanalınıza şərəf gətirmir. Deyilənlərin nəzərə alınmasını, xəbərə dair adıçəkilən verilişdə təkzib verilməsini zəruri hesab edirik" .

Məktuba, həmçinin, Nizami Gəncəvi barədə qısa bioqrafik məlumat da əlavə edilib.

# 1290 dəfə oxunub

Oxşar xəbərlər

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

13:22 26 noyabr 2024
İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

12:00 31 oktyabr 2024
Dədə Ədalət:  "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

Dədə Ədalət: "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

09:00 31 oktyabr 2024
Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

17:00 24 oktyabr 2024
"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

15:00 23 oktyabr 2024
Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

12:00 23 oktyabr 2024
Norma
Norma
menu pen all_news