Yəhudi atalar sözü: Qadınlar az danışsaydı...

Yəhudi atalar sözü: Qadınlar az danışsaydı...
calendar 23 iyun 2019
clock 16:01

Atalar sözləri hər bir xalqın dünyagörüşünü, yaşayış tərzini əks etdirir. Maraqlı xalqlardan biri də şübhəsiz ki, yəhudilərdir. Kulis.az yəhudi atalar sözlərini təqdim edir:

Adəm – qayınanası olmayan ilk xoşbəxt adam idi.

Problemi pulla həll etmək olursa, bu, problem yox, əlavə xərcdir.

Allah insana iki qulaq və bir ağzı ona görə verib ki, az danışıb, çox qulaq assın.

Allah səni axmaq qadından qorusun, yaxşılarından da özün qorun!

Şərab girdi – sirr çıxdı.

Allah eyni vaxtda hər yerdə ola bilmədiyi üçün anaları yaradıb.

Şirin olma – yeyərlər, acı olma – tüpürərlər.

Pulun azlığından hamı şikayətlənir, ağlın azlığındansa heç kim.

Keçidən önünü, atdan arxanı, dəlidən hər tərəfini qoru.

Qonaq və balıq üç gündən sonra iy verməyə başlayır.

İki insan ölümünə inana bilmir: səni sevən və sənə nifrət edən.

Bilik çox yer tutmur.

Allahım! Mənə ayağa qalxmağa kömək elə, yıxılmağa özüm də yıxılaram.

Həyatın yaxşılığa doğru dəyişmirsə, gözlə, pisliyə doğru dəyişəcək.

Qorxudan ölməkdənsə, gülməkdən öl.

Təcrübə - insanlar öz səhvlərini belə adlandırırlar.

Qocalanda insan pis görür, amma çox görür.

Allah kasıbları qoruyur, ən azından bahalı günahlardan.

Qoca qarı ərə gedəndə dönüb olur cavan arvad.

Valideynlər uşaqlara danışmağı öyrədir, uşaqlarsa valideynlərə susmağı.

Saqqal keçini ravvin eləmir.

Uzaqdan hamı yaxşı görünür.

Ola bilər, yumurta toyuqdan daha ağıllıdır, heyf ki, tez iylənir.

Gəncliyi ötüb keçəcək at hələ doğulmayıb.

Qadınlar az danışsaydı, kişilər daha çox şey edə bilərdilər.

Yaxşı susmaq daha çətindir, nəyinki yaxşı danışmaq.

Pis arvad yağışdan pisdir; yağış evəcən qovur, arvad evdən qovur.

Dünya adamların çoxluğundan yox, qeyri-adamların çoxluğundan məhv olacaq.

# 24036 dəfə oxunub

Oxşar xəbərlər

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

13:22 26 noyabr 2024
İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

12:00 31 oktyabr 2024
Dədə Ədalət:  "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

Dədə Ədalət: "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

09:00 31 oktyabr 2024
Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

17:00 24 oktyabr 2024
"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

15:00 23 oktyabr 2024
Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

12:00 23 oktyabr 2024
menu pen all_news