Bildiriş: Facebookda sizinlə yatmaq istəyən var

Bildiriş: Facebookda sizinlə yatmaq istəyən var
calendar 5 fevral 2013
clock 08:30

Siz də Facebookda xoşunuz gələn bir adama, qarşılıq ala bilməmək qorxusu ilə etiraf edə bilməyənlərdənsiniz? “Bangwithfriends” sizə kömək edə bilər. Bu, reklam deyil. Sadəcə yeni yaradılmış və böyük marağa səbəb olacaq bu proqramla sizləri tanış etmək istəyirik.

Əgər qabağınızdakı adam da sizinlə oxşar hisslər yaşayırsa, sizin niyyətinizi bildirən bir proqram var qarşımızda. Ötən həftə xidmət göstərməyə başlayan “Bangwithfriends” adlı proqram çox insan üçün möcüzəvi bir iş görür.

Proqramın prinsipi çox sadədir: Facebook dostlarınızın arasından sizin üçün xüsusi əhəmiyyət daşıyan, birlikdə olmaq istədiyiniz adamları seçirsiniz. Seçiminizi rahatlıqla edə bilərsiniz. Çünki seçdiyiniz insanın bundan xəbəri olmayacaq. Ta ki o da sizi seçənə qədər. Həmin an ikinizin də e-mailinə avtomatik məktub gedir. Yəni sözügedən proqram insanları bir-birindən xəbərdar edir.

Bu nə qədər etibarlıdır?

Belə bir həssas və intim mövzuda texnologiyadan istifadə etmək gizli qalmaq problemlərini də aktuallaşdırır. Bangwithfriends.com-un yaradıcıları və sahibləri haqqında heç bir informasiya mövcud deyil. Sayt sahiblərinin özlərini gizlətməyi şübhələrə səbəb olur. “The Daily Beast” qəzetinin yazarı Anna Klassen qadın olduğunu deyən bir sayt idarəçisi ilə danışıb. “Jane Doe” ləqəbi ilə yazan şəxs müxbirə bildirib ki, sayın məqsədi bir-birlərini istəyən insanları qovuşdurmaqdır: “Əgər ürəyinizə yatan bir şəxs varsa, sizin də onun ürəyinə yatma ehtimalını nəzərə alın. Biz sadəcə vasitəçi rolunu oynayırıq.

“Bangwithfriends”dən istifadə etmək çox asandır. Sayta daxil olduqdan sonra Facebook hesabınızla giriş edirsiniz. Açılan səhifədə Facebook dostlarınız arasından siyahınızdakı qarşı cinsə aid şəxslərin siyahısı çıxır. Sizin işiniz isə xoşladığınız şəxsləri işarələməkdir. Seçdiyiniz adamı geri qaytarmaq olmur, ancaq proqramdan tamamilə çıxmaq mümkündür. Görəcəyiniz iş sadəcə Facebookda “proqramların” bölümünə girib ordan çıxmaqdır.

4 günə 20 min istifadəçi

Sayt idarəçisinin verdiyi məlumata görə, ilk dörd gündə 20 min nəfər istifadə edib. Çoxu da 18-34 yaş aralığında. 20 min nəfərdən mini artıq öz yarını tapıb: “İnsanların ancaq sərxoş olarkən etdiyi etirafları, ayıq başla, özünü oda-alova atmadan etmələrini təmin edirik”.

Bu proqramla tanış olan insanları bir məsələ narahat edir. Birdən sənin işarələdiyin siyahı kiminsə əlinə keçsə…

Proqrama burdan daxil ola bilərsiniz.

# 7651 dəfə oxunub

Oxşar xəbərlər

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

13:22 26 noyabr 2024
İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

12:00 31 oktyabr 2024
Dədə Ədalət:  "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

Dədə Ədalət: "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

09:00 31 oktyabr 2024
Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

17:00 24 oktyabr 2024
"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

15:00 23 oktyabr 2024
Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

12:00 23 oktyabr 2024
menu pen all_news