Azərbaycan yazıçısına 2 milyonluq mükafat verildi

Azərbaycan yazıçısına 2 milyonluq mükafat verildi
calendar 8 iyun 2015
clock 09:07

İyunun 6-da MDB-nin mədəniyyət paytaxtı olan Voronejdə “Birlik ulduzları” altıncı humanitar mükafatın təqdim olunması mərasimi keçirilib.

Bu il humanitar fəaliyyət nominasiyasında laureat Azərbaycan yazıçısı Çingiz Abdullayev olub. Mükafatın məbləği iki milyon rubl (37 200 manat) təşkil edib.

Kulisin ayb.az-a istinadən verdiyi xəbərə görə laureatları Voronej vilayətinin qubernatoru Aleksey Qordeev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy təltif ediblər.

Çingiz Abdullayev çıxışında bunları deyib:

“Əminəm ki, on ildən sonra dəb dəyişəcək, elektron kitablar dövrü başa çatacaq. Voronejdə isə Nikitin adına gözəl kitabxana qalacaq. Fyodr Dostoyevski inanırdı ki, axirət günündə bizim günahları soruşacaqlar. Biz cavabında nə deyəcəyik? O, hesab edirdi ki, əgər tərəzinin bir gözünə “Don Kixot”u qoysaq, o, bizim bütün günahları üstələyər. Yəni bəşəriyyət ümidsiz deyil. Hesab edirəm ki, əgər sizin bu cür kitabxanalarınız varsa, Voronej xilas olacaq!”.

Qeyd edək ki, “Birliyin ulduzları” mükafatı 2009-cu ildə Humanitar Əməkdaşlıq Şurası və MDB ölkələrinin humanitar əməkdalıq dövlətlərarası Fondu tərəfindən təsis olunub. Mükafata hər il humanitar fəaliyyət sahəsində ən əhəmiyyətli nailiyyətlərə görə MDB ölkələrinin nümayəndələri layiq görülür.

# 1125 dəfə oxunub

Oxşar xəbərlər

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

13:22 26 noyabr 2024
İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

12:00 31 oktyabr 2024
Dədə Ədalət:  "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

Dədə Ədalət: "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

09:00 31 oktyabr 2024
Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

17:00 24 oktyabr 2024
"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

15:00 23 oktyabr 2024
Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

12:00 23 oktyabr 2024
menu pen all_news