Bu yazıçılar həm də agent idilər - SİYAHI

Bu yazıçılar həm də agent idilər - SİYAHI
calendar 15 dekabr 2015
clock 12:42

Kulis məşhur casus yazıçıları təqdim edir.

Ernest Heminquey

Məşhur yazıçı və jurnalist Ernest Heminquey II Dünya müharibəsi illərində Amerika və Sovet kəşfiyyatı ilə əməkdaşlıq edirmiş. Fransada yaşayan yazıçı məşhur fransız mafiyası haqqında Amerika kəşfiyyatının tələbiylə materiallar toplayırmış. Antikommunist olan Heminquey SSRİ-nin Xalq Daxili İşlər Komissarlığı ilə qurduğu güclü əlaqələr sayəsində İspaniya getməyə müvəffəq olmuşdu. Yazıçı “Əcəl zəngi” romanını orda topladığı materiallar əsasında yazıb.

Daniel Defo

“Robinzon Kruzo”nun müəllifi Daniel Defonun kəşfiyyatçı olmağı ağlınıza gələrdimi? Bəli, Defo nəinki adi kəşfiyyatçı hətta İngiltərə kəşfiyyatının yaradıcısı hesab olunur.

Somerset Moem

İngilis yazıçı Somerset Moem Britaniya kəşfiyyat idarəsi Mİ6-nın agenti olub.

Boyu balaca olduğu üçün Birinci Dünya Müharibəsi zamanı ön cəbhədə xidmət edən yazar Qırmızı Xaçda sürücülük edib. 1915-ci ildə isə İngiltərə Mİ6-nın bir zabiti tərəfindən casus kimi kəşfiyyata cəlb edilir.

Moem fransız və alman dillərini gözəl bildiyi üçün uzun müddət Fransa və Almaniyada yaşayıb. O, özünün kəşfiyyatçı simasını ədəbiyyat adamı altında məharətlə gizlədə bilib.

Yevgeni Yevtuşenko

Sovet şairi Yevgeniy Yevtuşenkonun da agent olduğu, ABŞ hökumət dairələri ilə əlaqələndirici rol oynadığı iddia olunur. Hətta deyilənə görə Yevtuşenkonun agent olduğunu öyrənən Brodski də onunla əlaqələri kəsib.

Yan Fleminq

Ceyms Bonda haqqında silsilə romanların müəllifi, Yan Fleminq də sözüsüz ki, agent olub. Yoxsa onda kəşfiyyat romanları haqqında bu qədər material hardan idi? Fleminq 1939-cu ildə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri sıralarına daxil olaraq kəşfiyyatçı kimi xidmət göstərib.

Onun əsərləri əsasında sonradan kinoda agent 007 obrazı yaradılıb.

# 1686 dəfə oxunub

Oxşar xəbərlər

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

13:22 26 noyabr 2024
İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

12:00 31 oktyabr 2024
Dədə Ədalət:  "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

Dədə Ədalət: "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

09:00 31 oktyabr 2024
Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

17:00 24 oktyabr 2024
"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

15:00 23 oktyabr 2024
Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

12:00 23 oktyabr 2024
menu pen all_news