Nazir Əhmədli: “Aşıq Ələsgər haqqındakı hər şey uydurmadır”

Nazir Əhmədli: “Aşıq Ələsgər haqqındakı hər şey uydurmadır”
calendar 5 iyul 2017
clock 11:45

Bu günlərdə çapdan çıxmış “Haqq-nahaq seçilər haqq divanında” kitabı qərbi azərbaycanlıların böyük bir kəsiminin ciddi etirazına səbəb olduğu haqda məlumat vermişdik. 100-ə yaxın qərbi azərbaycanlı ziyalı toplantı keçirərək kitabda tanınmış aşıqlar haqda yanlışlıqlara və Qərbi Azərbaycanda qədim türk adlarının erməniləşdirilməsinə etiraz etmişdi. İddialara görə, kitabda istinadların 90 faizi Ermənistan Milli Arxivində saxlanıldığı iddia olunan sənədlərdir.


Kitabla bağlı qalmaqal həm mətbuatda, həm də sosial şəbəkələrdə geniş müzakirələrə yol açmışdı.


Kitabın müəllifi, “Atatürk Mərkəzi”ndə çalışan Nazir Əhmədli “Yeni Müsavat”a danışaraq qalmaqala aydınlıq gətirib. Müəllif əleyhinə səslənən fikirləri böhtan və iftira adlandırıb və qeyd edib ki, onların heç bir əsası yoxdur:


“Mən Aşıq Ələsgərin və digər 5 nəfərin doğum tarixlərini dəqiqləşdirməkdən başqa heç kimə təhqir, alçaldıcı bir söz yazmamışam, əksinə, Ələsgəri dahi və bu sənətin zirvəsi adlandırmışam. Bu sənədlər göstərdi ki, onun nəinki doğum tarixi indiyə qədər təhrif olunub, ümumiyyətlə haqqındakı hər şey uydurmadır. Məsələn, onun əmisi Allahverdini indiyə qədər babası kimi təqdim edilib. Mən onun əmisi oğlanlarını (3 nəfər) və onların oğlanlarını, yəni xeyli qohum-əqrəbasını üzə çıxarmışam. Təkcə bu məsələyə görə onların bütün nəsli mənə təşəkkür borcludur”.


Müəllif kitabında yer adlarını erməniləşdirilməsi ittihamına da cavab verib: “Mən Bəyazid paşalığından Göyçə mahalına köçürülən ermənilərin yerləşdiyi kəndlərin də adlarının türk kəndləri olduğunu və ermənilərdən əvvəl orada da türklərin yaşadığını yazmışam. M.Yusifov adlı bir nəfər gördüyüm işdən və sənədlərin məzmunundan xəbərdar idi. Mənə təkidlə təklif edirdi ki, ”onların üzərində işləyək", yəni saxtalaşdıraq. Mən buna getmədim və məni indiyə qədər tanıyanlar bilir ki, bütüm ömrüm boyu saxtakarlıq etməmişəm. Bundan sonra M.Yusifov mənə düşmən kəsildi və əleyhimə böhtan və şər kampaniyasına başladı. Amma həqiqət artıq hamıya aydındır. Onlar istinadlar etdiyim İ.Şopeni yalançı sayır, halbuki birincisi başqa mənbə yoxdur. İkincisi isə ona istinadən yazılmış “İrəvan xanlığı” kitabı Dövlət mükafatına layiq görülüb. Onu nəşr edən də AMEA Tarix İnstitutudur. Necə olur ki, onlar həmin mənbəyə istinad edəndə mükafat alır, mən istinad edəndə isə söyülürəm..."


Qeyd edək ki, qalmaqallı kitabın elmi redaktoru “Atatürk Mərkəzi”nin sədri, deputat, akademik Nizami Cəfərov, rəyçisi isə AMEA-nın Folklor İnstitutun xarici əlaqələr departamentinin rəhbəri Əli Şamildir.

Xatırladaq ki, məsələ ilə bağlı Nazir Əhmədli bu gün Kulisin canlı yayımında qonaq olacaq.

# 2881 dəfə oxunub

Oxşar xəbərlər

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

13:22 26 noyabr 2024
İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

12:00 31 oktyabr 2024
Dədə Ədalət:  "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

Dədə Ədalət: "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

09:00 31 oktyabr 2024
Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

17:00 24 oktyabr 2024
"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

15:00 23 oktyabr 2024
Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

12:00 23 oktyabr 2024
menu pen all_news