O gün Neft Daşlarında 21 neftçi ölmüşdü - TARİX

O gün Neft Daşlarında 21 neftçi ölmüşdü - <span style="color:red;">TARİX
calendar 7 dekabr 2015
clock 13:51

Günəşli yatağındakı 10 nömrəli platformada baş verən faciəvi qəza dənizdə baş verən ilk faciə deyil.

Kulisin məlumatına görə Neft Daşlarında fontan vuran ilk quyu Sosialist Əməyi Qəhrəmanı Mixal Kaveroçkinin adı ilə bağlıdır. Bu hadisə 1949-cu ilin 7 noyabrında baş vermişdi.

1957-ci ilin 21 noyabrında Neft Daşlarında baş verən faciə də Kaveroçkin və briqadasının ölümü ilə nəticələndi.

Faciənin baş verməsinin əsas səbəbi hava şəraiti idi. Həmin gün Neft Daşlarında saniyədə 44 metr sürətlə əsən külək 13 metr hündürlüyündə qasırğa yaratmışdı.

Nəticədə dəniz özülü qasırğanın gücünə tab gətirməyərək dağıldı.

Hadisə nəticəsində "Neft daşları" Neft və Qaz Çıxarma İdarəsinin əməkdaşları – Neft Daşlarının əsasını qoyanlardan Kaveroçkinin və Süleyman Bağırovun rəhbərlik etdiyi 2 qazma briqadasının 21 üzvü faciəli şəkildə həlak oldu.

Əksəriyyəti gənc olan neftçilərin meyitlərini tapmaq mümkün olmadı.

Hər il noyabr ayının 21-ində onların batdığı yerə 21 dəstə qızılgül atmaqla qəhrəman neftçilərin xatirəsi yad edilir.

# 2031 dəfə oxunub

Oxşar xəbərlər

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

13:22 26 noyabr 2024
İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

12:00 31 oktyabr 2024
Dədə Ədalət:  "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

Dədə Ədalət: "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

09:00 31 oktyabr 2024
Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

17:00 24 oktyabr 2024
"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

15:00 23 oktyabr 2024
Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

12:00 23 oktyabr 2024
menu pen all_news