Səməd Vurğunun 7-ci sinif şagirdinə yazdığı sevgi məktubu – Mətn

Səməd Vurğunun 7-ci sinif şagirdinə yazdığı sevgi məktubu – Mətn
calendar 6 noyabr 2019
clock 08:58

Səməd Vurğun öz həyat yoldaşı Xavər xanımı ilk görəndə qız 7-ci sinifdə oxuyurdu. Elə o vaxtlar şair Xavər xanıma bir məktub yazmışdı və bir müddət sonra ailə qurmuşdular. Məktubun mətni Dilbər Axundzadənin “Müşfiqli günlər” kitabına daxil edilib. Kulis.az həmin məktubu və onun yazılma şəraiti ilə bağlı xatirəni təqdim edir.

“Xavər xanım Səmədlə ilk tanışlığını belə xatırlayır:

“Hümmət Əlizadənin toyuydu. Abdulla Şaiqgildə anam mənə dedi, gəl gedək! Mən 7-ci sinifdə oxuyurdum. Elə məktəbli pal-paltarında anamla getdim. Bacılıqlarımla dəstə tutub toya tamaşa eləyirdim. Bu vaxt iki oğlan gəldi. Dedilər, bəs biri Səməd Vurğundu, biri də Mikayıl Müşfiq. Mikayıl Müşfiq bir-iki dəfə məktəbimizə gəlmişdi. Amma Səməd Vurğunu heç görməmişdim. Şeirlərini oxumuşdum. Nə biləydim toy-toya qarışacaq. Bir neçə gündən sonra Səməddən məktub aldım. O yazırdı:

Related image

“Hörmətli Xavər!

Mən öz taleyimi və gənc həyatımı sizə tapşırmışam. Mən öz fikrimin üzərində həmişə möhkəm olub, sizin xoşbəxt olmağınız uğrunda əlimdən gələn bütün hörmətləri əsirgəmərəm. Siz öz qəti fikrinizi axşam Əfşana söyləyərsiniz. Yaxın günlərdə işin rəsmi tərəfini başlamaq lazımdır. Ümidvaram ki, biz bir-birimizi xoşbəxt edib sevinərik.

11.XII.32 S.Vurğun”

Sonra elçi gəldi. Razılıq alındı. Nişan taxıldı. Toy məclisi hazırlandı. Başımın qız dəstəsiylə bəzənib-düzənməkdə, çalıb-oxumaqdaydım. Sazlı-sözlü yığışıb toy evinə getdik. Çatan kimi Müşfiq ayağa durdu. Birbaşa bu şeiri dedi:

Image result for Səməd Vurğun Xavər

Gecəyə Aydımı, bəy gəlib çıxdı,
Günəşmi, yanında gəlinə bir bax?!
Taledəndimi bu, qənirsizdilər,
Çəmənmi, əlində gülünə bir bax?!

Bu el, bu obanın əziz Xavəri,
Olmaz mələklər də tay-bərabəri;
Çağırın, kimlərin yoxdu xəbəri,
Səmədə saldığı meylinə bir bax!

Şairlər yığnağı qan qardaşıdı,
Səməd bəy bu gülün sarmaşığıdı.
Xavər məclislərin yaraşığıdı,
Sünbülmü, süsənmi, telinə bir bax?!

Plov gəldi, Müşfiq, təbini dayandı
Boşqablar səsləndi, məclis oyandı.
Alın çəngəlləri, o yan-bu yandı!
Boşqabın içinə, çölünə bir bax!

Hamı yer-yerdən gülüşdülər. Əl çaldılar. Keçib başa əyləşdik. Çəmənzəminli idi, Cavid əfəndi idi, Abdulla Şaiq idi, Sabit Rəhman, Səmədin tay-tuşlarıydı oturmuşdular. Gurultulu alqışlar qopdu. Məclisdə hamı dönüb Səmədin üzünə baxdı. Səmədin şeir deməsini gözləyirdilər. Səməd ayağa durub şeir oxudu”.

# 17810 dəfə oxunub

Oxşar xəbərlər

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

13:22 26 noyabr 2024
İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

12:00 31 oktyabr 2024
Dədə Ədalət:  "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

Dədə Ədalət: "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

09:00 31 oktyabr 2024
Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

17:00 24 oktyabr 2024
"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

15:00 23 oktyabr 2024
Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

12:00 23 oktyabr 2024
menu pen all_news