Ağcabədili axundun Nizami Gəncəvi olmağı-TARİX

Ağcabədili axundun Nizami Gəncəvi olmağı-<span style="color:red;">TARİX
calendar 27 may 2015
clock 13:08

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında yayımladığı bu şəklin Azərbaycanın dahi şairi Nizami Gəncəviyə aid olduğunu hamı bilir. Amma şəkildə təsvir olunan şəxs gerçəkdən də Nizami Gəncəvidirmi? XII əsrdə yaşamış şairin şəklini kim çəkə bilərdi? Şəkil dövrümüzə necə gəlib çatıb?

Tarixçi Araz Vəliyev bu şəkillə bağlı Modern.az-a maraqlı fakt təqdim edib.

Onun sözlərinə görə, 1939-cu ildə Azərbaycan SSRİ Mərkəzi Komitəsi tərəfindən dahi şair Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsi qərara alınır. Amma bu yubileydə Nizamini əyani surətdə canlandıracaq hər hansı şəkil olmur. Buna görə də müsabiqə elan olunur, ədəbiyyatşünaslar, tarixçilər və rəssamlar işə cəlb olunur, müxtəlif variantlarda Nizaminin portretini çəkirlər.

Nizamişünas-Yevgeni Bertels, filosof Heydər Hüseynov və ədəbiyyatşünas Həmid Araslı Nizaminin xarici görünüşünün təxmini necə olduğunu dedikdə dahi bəstəkar Üzeyir Hacıbəylinin ağlına bir ideya gəlir və təklif irəli sürür.

Üzeyir Hacıbəyli "siz dediyiniz parametrlərdə Ağcabədidən bir axund tanıyıram" deyir və həmin axunda Tarix Diyarşünaslıq Muzeyindən alınmış geyimlər geyindirildikdən sonra rəssam Qəzənfər Xalıqov Nizami Gəncəvinin portretini yaradaraq müsabiqənin qalibi olur.

Beləcə Nizami Gəncəvinin bu gün istifadə olunan şəkli yaranır...

# 2148 dəfə oxunub

Oxşar xəbərlər

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

13:22 26 noyabr 2024
İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

12:00 31 oktyabr 2024
Dədə Ədalət:  "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

Dədə Ədalət: "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

09:00 31 oktyabr 2024
Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

17:00 24 oktyabr 2024
"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

15:00 23 oktyabr 2024
Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

12:00 23 oktyabr 2024
menu pen all_news