II Yekaterina necə ölüb? – İki yüz illik at yalanı

II Yekaterina necə ölüb? – <span style="color:red;">İki yüz illik at yalanı
calendar 2 may 2018
clock 21:00

Dünya haqqında biliklərimiz nə qədərdir?

Edison “hər hansı bir şey haqqında bildiyimiz gerçəyin milyonda biri qədərdir” deyəndə bəlkə bir az ifrata varırdı.

Amma bilmədiklərimiz bir yana dursun, səhv bildiklərimiz necə?

Con Lloyd və Con Mitçinsonun imzası ilə çap olunan “Cahilliklər kitabı” (The Book of General Ignorance) səhv bildiyimiz gerçəkləri bizə açıqlayır.

Kulis.Az bu kitabdan seçmələri təqdim edir.

Rusiya çariçası II Yekaterina 1796-cı ildə 67 yaşında yatağında öldü. O, tualetdə olarkən iflic keçirmişdi. Bir neçə gün müalicədən sonra çariça vəfat etdi.

Onu cinsi əlaqəyə girdiyi böyük bir atın öldürməsi barədə əsrlərdir şayiələr dolaşır. Amma Yekaterinanın atla əlaqəsi barədə heç bir fakt yoxdur. Bu, ona kin bəsləyən qeybətcil oğlu I Pavel tərəfindən uydurulmuş söhbət ola bilər. Ya da fransızların şəkildə yaydığı şayiə olması da mümkündür ( Mariya Antuanetta ilə bağlı şayiələr bundan da pis idi).

Amma Yekaterinanın pornoqrafik bir həyat yaşadığı şübhəsizdir. Onun çoxlu məşuqu var idi. Hətta bəzi namizədlərini öz qulluqçusunun yatağına salır, nəticə uğurlu olarsa onu öz məşuquna çevirirdi.

Çariçanı məşuqla təmin edən adamlardan biri də köhnə sevgililərindən idi. Bu adamın familiyası Patyomkin idi. Həmin o zirehli Patyomkin gəmisinə bu admiralın adı verilmişdi.

Yekaterinanın nikahdankənar münasibətləri 11 nəfəri əhatə edir. Bu barədə onun məktublarından bilirik. Amma dedi-qodulara görə məşuqlarının sayı 289 olub.

Halbuki Yekaterinanın əsl mirası siyasi və mədəni sahədə uğurlarıdır. Yekaterina Sankt Peterburqda Birinci Pyotrdan daha çox bina inşa etdirmişdir. Rus hüququndakı qarışıqlıqları sahmana salmış, gözəl parklar tikdirmiş, rus muzeylərini Avropanın sənət əsərləri ilə doldurmuş, çiçək peyvəndini tətbiq etdirmişdir. Ona “Şimal ulduzu” deyən Didro və Volter də daxil olmaqla Avropa yazıçı və filosoflarını dəstəkləmişdir.

Genetik varisi I Pavel isə tarixdə heç bir ciddi rol oynaya bilmədi. I Pavel çar ikən oyuncaq əsgərlərini əzdiyi üçün siçanı hərbi tribunala verdirərək onu xain elan etmişdi. Sonra da atını hərbi məhkəməyə verdi və məhkəmə atı 50 qamçı ilə cəzalandırdı.

Bir müddət sonra o, qətlə yetirildi və yerinə Birinci Aleksandr çar oldu.

Digər yazılar:

Amerika adı Vespuççidən götürülməyib! - CAHİLLİKLƏR KİTABI

Amerikadakı dəvələr niyə ölüb?- CAHİLLİKLƏR KİTABI

Şirləri və köpək balıqlarını öldürən bu heyvanı tanıyırsızmı? – CAHİLLİKLƏR KİTABI

# 36574 dəfə oxunub

Oxşar xəbərlər

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

13:22 26 noyabr 2024
İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

12:00 31 oktyabr 2024
Dədə Ədalət:  "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

Dədə Ədalət: "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

09:00 31 oktyabr 2024
Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

17:00 24 oktyabr 2024
"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

15:00 23 oktyabr 2024
Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

12:00 23 oktyabr 2024
menu pen all_news