Tağıyevin Fransada yaşayan qohumu ilə görüş keçirilib - FOTO

Tağıyevin Fransada yaşayan qohumu ilə görüş keçirilib - FOTO
calendar 1 noyabr 2019
clock 13:45

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində Hacı Zeynalabdin Tağıyevin oğlu Ağasadıq Tağıyevin kötükcəsi Alban Klodla görüş keçirilib.

APA-nın məlumatına görə, Muzeyin direktoru, akademik Nailə Vəlixanlı muzeyin hər zaman Tağıyevin qohumları ilə təmasda olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, Fransada yaşayan Alban Klod öz təşəbbüsü ilə Bakıya gəlib: “Hacı Zeynalabdin Tağıyev təkrarolunmaz şəxsiyyətdir. Biz onun həyatını öyrəndikcə həm də Azərbaycanın tarixini öyrənirik. Alban özü də tarixçidir. O, bizim tariximizlə də yaxından tanış olacaq. Tale belə gətirib ki, Tağıyevin ailəsinin bir hissəsi vətəndən uzaq düşüb”.

N. Vəlixanlı 2020-ci ildə Milli Azərbaycan Tarixi Muzeyinin 100 illiyi münasibəti ilə keçiriləcək tədbirə Alban Klodu və onun ailəsini dəvət edəcəklərini bildirib.

Ulu babasının evində olmaqdan məmnunluğunu ifadə edən Alban Klod ulu nənəsi Zərrintac Tağıyeva haqqında məlumat verib. O, bildirib ki, nənəsi Fransaya köçəndən iki il sonra həyat yoldaşı vəfat edib: “Bütün var-dövlətini itirmiş Zərrintac Tağıyeva iki uşağı ilə tək qalıb. Lakin babası Tağıyev ona çox yaxşı təhsil verdiyi üçün beş dil bilən Zərrintac Tağıyeva qısa müddətdə iş tapır. O, əldə etdiyi gəlirlə uşaqlarını böyüdür və onlara təhsil verir. Zərintac çox sərt xasiyyətə sahib idi. Məncə uşaq yaşlarından tək yaşaması və ağır sınaqlardan çıxmasına görə o belə idi. Zərrintac Tağıyeva həqiqətən möhtəşəm ana, möhtəşəm qadın olub. Düşünürəm ki, bütün Azərbaycan qadınları bu cür fədakardırlar”.

A. Klod Azərbaycana növbəti səfərində H. Z. Tağıyev nəsli ilə bağlı onda olan sənədləri muzeyə təqdim edəcəyini vurğulayıb.

Sonra H. Z. Tağıyevin görüşdə iştirak edən başqa varisləri çıxış edərək A. Klodu görməkdən məmnun olduqlarını bildiriblər.

Qonağa hədiyyələr təqdim edilib.

# 4013 dəfə oxunub

Oxşar xəbərlər

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

13:22 26 noyabr 2024
İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

12:00 31 oktyabr 2024
Dədə Ədalət:  "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

Dədə Ədalət: "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

09:00 31 oktyabr 2024
Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

17:00 24 oktyabr 2024
"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

15:00 23 oktyabr 2024
Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

12:00 23 oktyabr 2024
menu pen all_news