Atamın ölümünə dodağım qaçdı – Mübariz Örənin uşaqlıq fotosu

Atamın ölümünə dodağım qaçdı – Mübariz Örənin uşaqlıq fotosu
calendar 3 avqust 2016
clock 12:01

Şəkillərdə yaxşı düşür uşaqlıq – LAYİHƏ

Kulis.Az “Şəkillərdə yaxşı düşür uşaqlıq” layihəsində məşhurların uşaqlıq şəkilləri və bununla bağlı xatirələrini təqdim edir.

Mübariz Örənin uşaqlı fotosu

Bu şəkildə bir yaşım olar....

Bilirdim, nə vaxtsa itirəcəm onları, - hamı bilir, - odur ki, Allahdan ilk istəyim, ilk yalvarışım bu olub: onların ölümünü göstərmə mənə!

Nidam qəbul olunubmuş; əsgərlikdə olanda atamı itirmişəm, xəbərim olmayıb. İlyarım gizlədiblər bu xəbəri məndən. Yazmayıblar. Bildirməyiblər. Qıymayıblar... Qayıdanda tovlayıb dəmir yol vağzalından birbaş Cəbrayıla apardılar, - o vaxt hələ Cəbrayıl “sağ” idi, - dedilər kənddə toy var, gedək.

Əmilər, bibilər yığılmışdı başıma, yadımdadı, heç biri dinmirdi. - Heç kəs ürək eləyib o məşum xəbəri aça bilmirmiş. - Qonşumuz Hafiz vardı, nəhayət o son qoydu aralıqdakı qeyri-müəyyənliyə, intizara. Əslində aralıqdakı intizarı götürüb bir vedrə qaynaq su kimi təpəmdən əndərdi: “Sən burda olmayanda çox pis şeylər olub, - birnəfəsə dedi. - Atan ölüb!”

Yadımdadı ki, bu sözə dodağım qaçdı hətta; başa düşməmişdim onun dediyini. İnanmamışdım. Sonra arxamda kimsə hönkürdü və... gözümdə bir anda hər şey başqalaşdı, dəyişdi, yadlaşdı. Uzaqlaşdı... Sonra məni araya alıb kəndin içiylə ərikli bağın üstündəki qəbiristanlığa apardılar, daşda şəklini göstərdilər. Yenə inanmadım...

Anamın xəbərini – qürbətdəydim anam öləndə, - zəng eləyib telefonda dedilər: “Ağırdı, gəl” Gəldim ki, iş işdən keçib. Yalnız dəfninə yetişə bildim...

Heç birinin ölümünü görməmişəm.

Heç kim inandıra bilməz məni onların ölümünə.

Siz də baxın, kim inanar...

# 1131 dəfə oxunub

Oxşar xəbərlər

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

13:22 26 noyabr 2024
İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

12:00 31 oktyabr 2024
Dədə Ədalət:  "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

Dədə Ədalət: "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

09:00 31 oktyabr 2024
Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

17:00 24 oktyabr 2024
"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

15:00 23 oktyabr 2024
Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

12:00 23 oktyabr 2024
menu pen all_news