Azəri adlı millət varmı? – 100 il əvvəlin TARİXİ SƏNƏDİ

<b>Azəri adlı millət varmı? – <span style="color:red;">100 il əvvəlin TARİXİ SƏNƏDİ </b>
calendar 21 avqust 2017
clock 15:16

Bir neçə gün əvvəl türkiyəli tarixçi-alim İlbər Ortaylı “Azəri adlı millət yoxdur, bunu Stalin uydurub” fikrini səsləndirib. Kulis.azın xəbərinə görə tarixçi-alimin bu fikri böyük müzakirələrə səbəb olub.

Məsələnin aktuallığını nəzərə alaraq 1919-1920-ci illərdə Paris Sülh konfransında iştirak edən Azərbaycan Nümayəndə heyətinin “Qafqaz Azərbaycanı Cümhuriyyətinin Paris Sülh konfransından tələbləri” kitabçasından azərbaycanlıların etnoqrafiyasına aid hissəni təqdim edirik.

“Əlbəttə, haqqında söhbət gedən əhali indiyə qədər türk mənşəli millət olaraq qalmaqdadır. Qafqaz, xüsusən də Azərbaycan etnoqrafiyasına və tarixinə dair ədəbiyyatın azlığı, hətta deyərdik ki, yoxluğu, eləcə də mövcud materialların elm aləminə naməlum qalmasının labüd nəticəsi olaraq bu millətin etnik təşəkkülü və quruluşu haqqında Rusiya imperiyasının uydurduğu yalanlar rəsmi nöqteyi-nəzər kimi qəbul edilmişdir. Qədim türk-müsəlman xanlıqlarının əhalisi əsl mənşələri nəzərə alınmadan Qafqaz tatarları adlandırılmışlar və indinin özündə də Qafqaz tatarları kimi tanınırlar. Əsl həqiqətdə köklərinin eyniliyi ilə bir sırada azərbaycanlıların və tatarların dilləri, adətləri, ənənələri, inamları arasında da müəyyən yaxınlıq vardır. Bu yaxınlıq həm fransız tarixçisi M.Leon-Kahen, həm də məşhur macar alimi H.Vamberi tərəfindən sübuta yetirilmişdir. Asiyalı fateh Teymurləngin (Teymurləng Avropada Axsaq Teymur mənasında istifadə olunan Tamerlan adının qarşılığıdır) Azərbaycana yürüşündən söz açan fransız alimi yazır: “Əsrlər boyu türklərin yaşadığı bir ölkə olan Azərbaycan könüllü surətdə Teymurləngin hakimiyyətini qəbul etdi”. H.Vamberi Azərbaycan xalqının etnik mənşəyindən danışarkən göstərir ki, İran ünsürlərinin Azərbaycandan hansı dövrdə sıxışdırılıb çıxarıldığını söyləmək çətindir. Bu məsələ hələlik öz həllini tapmamışdır. Buna baxmayaraq, biz bir neçə fakta müraciət edəcəyik: Azərbaycanın istər İrana aid hissəsində, istərsə də Qafqaz, yaxud Transqafqaz hissəsində əhali Azərbaycan dilində danışan türklərdən ibarətdir. Onların öz ədəbiyyatı, milli poeziyası, ənənələri və mifləri mövcuddur. İslamın iki təriqəti (şiəlik və sünnilik-tərc.) Azərbaycanda geniş yayılmışdır. İntellektual mədəniyyət baxımından Azərbaycan, xüsusən də onun İran hissəsi qədim İran ədəbiyyatından əsaslı şəkildə təsirlənmişdir. Bu ədəbiyyatın əsas nümayəndələri olan Firdovsi, Hafız və Sədi azərbaycanlılar arasında indi də kifayət qədər məşhurdurlar, onların əsərlərinə tez-tez istinad edilir. Bir tərəfdən İranın qüdrətinin azalması və onun sosial mədəniyyətinin tənəzzülə uğraması, o biri tərəfdən isə Rusiya mədəniyyətinin daha geniş ərazidə yayılması və ümumilikdə milli şüurun yüksəlişi nəticəsində Azərbaycanı İranla bağlayan tellərin qırılmaqda olduğu aşkara çıxdı”.

Qeyd: Yuxarıda təqdim etdiyimiz sənəd Vilayət Quliyevin tərtib və tərcümə etdiyi "Azərbaycan Paris Sülh konfransında" kitabından götürülüb.

# 2091 dəfə oxunub

Oxşar xəbərlər

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

13:22 26 noyabr 2024
İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

12:00 31 oktyabr 2024
Dədə Ədalət:  "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

Dədə Ədalət: "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

09:00 31 oktyabr 2024
Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

17:00 24 oktyabr 2024
"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

15:00 23 oktyabr 2024
Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

12:00 23 oktyabr 2024
Norma
Norma
menu pen all_news