Azərbaycan Milli Teatr Günü qeyd olunub

Azərbaycan Milli Teatr Günü qeyd olunub
calendar 11 mart 2024
clock 10:14

Martın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqında Milli Teatr Gününə həsr edilən tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Azərbaycan teatrının keçmişini və bu gününü əks etdirən videoçarx nümayiş etdirilib.

İttifaqda sədr səlahiyyətlərini icra edən, Xalq artisti Hacı İsmayılov çıxışında Azərbaycan teatrının keçdiyi tarixi yola nəzər salıb. O xatırladıb ki, Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamına əsasən martın 10-u Azərbaycanda Milli Teatr Günü kimi qeyd olunur. Bu sahədə çalışanlara dövlət qayğısı gündən-günə artır. Teatr binaları təmir və bərpa olunur, dünya standartlarına uyğun avadanlıqlarla təchiz edilir”.

Tədbir çərçisində bir qrup mədəniyyət xadimi Fəxri fərman, “Sənətkar” medalı və “Qızılgül” mükafatı ilə təltif olunub. Həmçinin “Baxış-4” festivalının qalibləri sertifikata layiq görülüb.

Çıxış edən qonaqlar Azərbaycan teatrının uğurlarından söz açıblar.

Xalq artisti Heydər Anatollu, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorları Hüseyn Əlili və Gültac Əlili maraqlı musiqi nömrələri nümayiş etdiriblər. Eyni zamanda, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları kiçik səhnəcik ilə təbriklərini çatdırıblar.

# 1774 dəfə oxunub

Oxşar xəbərlər

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

13:00 1 noyabr 2024
"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

14:30 31 oktyabr 2024
Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

10:48 31 oktyabr 2024
Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

12:00 30 oktyabr 2024
“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

09:28 30 oktyabr 2024
Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

12:00 29 oktyabr 2024
menu pen all_news