Azərbaycanda yeni teatr yaradıldı

Azərbaycanda yeni teatr yaradıldı
calendar 12 oktyabr 2021
clock 13:12

Azərbaycanda “Səhnə” adlı yeni teatr yaradılıb.

Kulis.azın verdiyi xəbərə görə, “Səhnə” adlı teatrın yaradıcısı “1 Səhnə” prodüser mərkəzinin direktoru, aktyor və prodüser Elçin Hacıdır.

“1 Səhnə” prodüser mərkəzinin nəzdində açılan “Səhnə” teatrının fəaliyyətə başlaması barədə məlumat verən Elçin Hacı bütün mədəniyyət işçiləri və teatrsevərləri təbrik edib.

Elçin Hacı vurğulayıb ki, “Səhnə” teatrı digər teatrlarımız kimi mövsümün açılışına hazırlaşır.

“Səhnə” teatrının bədii rəhbəri Xəqani Əliyev isə öz növbəsində nümayiş olunan tamaşaların insanlarda teatra marağı daha da artıracağına inandığını bildirib.

Teatrın ilk tamaşası Azərbaycan yazıçısı və dramaturqu Mirzə Fətəli Axundovun “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur” əsərinin motivləri əsasında hazırlanan “Bir dəfə Qarabağda” etno-muzikl janrında nümayiş olunacaq.

Tamaşa 30-31 oktyabr saat 19-da Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində tamaşaçılara təqdim olunacaq.

Biletləri iticket.az saytından əldə edə bilərsiniz.

Tamaşanın rejissoru Elvin Mirzəyev, bəstəkarı Azər Hacıəsgərli, şeirlərin müəllifi isə Eminquey Akifdir.

Tamaşada rolları Elçin Hacı, Əhliman Ərşadlı, Ramil Məmmədov, Mətanət Eres, Abdulla Elşadlı, İranə Kərimova, Ülvi Haşim və Ruhiyyə Yəhyayeva canlandıracaq.

Tamaşada səsləndirilən musiqilər qədim milli musiqi alətlərindən ibarət olan “Əsrlərin sədası” ansamblına məxsusdur.

Ansamblın bədii rəhbəri Məmmədəli Məmmədovdur.

# 6032 dəfə oxunub

Oxşar xəbərlər

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

13:00 1 noyabr 2024
"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

14:30 31 oktyabr 2024
Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

10:48 31 oktyabr 2024
Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

12:00 30 oktyabr 2024
“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

09:28 30 oktyabr 2024
Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

12:00 29 oktyabr 2024
menu pen all_news