Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Elçinin eyniadlı əsəri əsasında səhnələşdirilən “Baladadaşın toy hamamı” (bəstəkar Firidun Allahverdi) ikihissəli musiqili lirik komediyası aprelin 9-da nümayiş olunacaq.
Kulis.az xəbər verir ki, sevilən tamaşalar sırasında yer alan bu səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Xalq rəssamı Tahir Tahirov, baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlərdir. Tamaşada səslənən mahnıların sözləri Vüqar Əbdülova məxsusdur. Səhnə əsərində adət və ənənələrimizə söykənən hadisələr Bakı kəndlərinin birində cərəyan edir.
Tamaşada rolları Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Çingiz Əhmədov, Nahidə Orucova, Nadir Xasiyev, aktyorlar Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Elçin İmanov, Əmrah Dadaşov, Aydan Həsənova, Gülcahan Salamova, Gültac Əlili, Əliməmməd Novruzov, Gülçöhrə Abdullayeva, Güldanə Əzimova, Telnaz Hüseynova, Fərid Rzayev, Nigar Qarayeva və başqaları ifa edəcəklər.
“Baladadaşın toy hamamı” tamaşası təqdim ediləcək

Oxşar xəbərlər
“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada
13:00
1 noyabr 2024

"Mən Feyerbaxam"ın premyerası keçiriləcək
14:30
31 oktyabr 2024
Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb
10:48
31 oktyabr 2024

Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?
12:00
30 oktyabr 2024

“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi
09:28
30 oktyabr 2024

Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur
12:00
29 oktyabr 2024