Bu gün Beynəlxalq Teatr Günüdür

Bu gün Beynəlxalq Teatr Günüdür
calendar 27 mart 2024
clock 14:02

Martın 27-si bütün dünyada Beynəlxalq Teatr Günü (World Theatre Day) qeyd olunur.

Bu qərar Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilən IX konqresində qəbul edilib.

Hər il Beynəlxalq Teatr Günü münasibəti ilə nüfuzlu incəsənət xadimləri dünya ictimaiyyətinə müraciət edirlər. Bu ənənənin əsasını qoyan və ilk dəfə dünya ictimaiyyətinə Teatr Günü münasibəti ilə mesaj göndərən fransalı yazıçı Jan Kokto (1962-ci il) olub.

Hər il Beynəlxalq Teatr Günü ilə əlaqədar dünyanın bütün teatrlarında, o cümlədən respublikamızda fəaliyyət göstərən teatrlarda müxtəlif tədbirlər keçirilir, tamaşalar nümayiş edilir.

Azərbaycan peşəkar teatrının yaranması da, mart ayına təsadüf edir.

Azərbaycan peşəkar milli teatrının əsası 1873-cü il martın 10-da Bakıda “Lənkəran xanının vəziri” komediyasının səhnəyə qoyulması ilə qoyulub.

Ölkə prezidenti “Azərbaycan Respublikasında “Milli Teatr Günü”nün təsis edilməsi haqqında” Sərəncam imzalayıb, 10 mart ölkəmizdə “Milli Teatr Günü” kimi təsis edilib.

Bu gün ölkəmizdə 27 dövlət teatrı fəaliyyət göstərir. Bu teatrlarda 700-dək aktyor çalışır.

# 2688 dəfə oxunub

Oxşar xəbərlər

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

13:00 1 noyabr 2024
"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

14:30 31 oktyabr 2024
Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

10:48 31 oktyabr 2024
Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

12:00 30 oktyabr 2024
“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

09:28 30 oktyabr 2024
Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

12:00 29 oktyabr 2024
Norma
Norma
menu pen all_news