“Ələddinin sehrli çırağı” növbəti dəfə səhnədə

“Ələddinin sehrli çırağı”  növbəti dəfə səhnədə
calendar 27 sentyabr 2024
clock 15:49

Sentyabrın 28-də Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində “Ələddinin sehrli çırağı” tamaşası nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, birhissəli uşaq tamaşasının quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı, Əməkdar artist Vüqar Camalzadədir.

Səhnə əsərində rolları Əməkdar mədəniyyət işçisi Aslan Fətullayev, aktyorlar Rəhim Rəhimov, Elgün Həmidov, Selcan Müseyibova, Ramiz Qəmbərov, Yasin Abbasov, Vüqar İsmayılov və Elnur Xəlilov canlandıracaqlar.

Şərq ədəbiyyatı və mədəniyyətinin ecazkarlığını tərtibatdan musiqiyə bütün çalarları ilə ehtiva edən sözügedən rəvayət kuklaçıların təsvir dilində özünün orijinal ifadə üslubunu tapıb.

Əhvalatın qəhrəmanı Ələddin adlı kasıb oğlandır. Uşaq vaxtı daha tənbəl olan, işi-gücü ən yaxın dostu saydığı meymunu ilə gəzib-dolaşmaq olan Ələddin məşhur kəndirbaz kimi tanınır. Elə bütün məsələ də bundan sonra başlayır. Yolu Bağdad şəhərinə düşür, onun oyununu izləməyə gələn Şahzadəni görür və onunla dost olmaq qərarına gəlir. Sözsüz ki, istəmədən tamahkar Vəzirin də alətinə çevrilir və nəhayət sehrli çırağı tapır və beləcə nağılın sonunda qələbə qazanır.

# 1075 dəfə oxunub

Oxşar xəbərlər

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

13:00 1 noyabr 2024
"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

14:30 31 oktyabr 2024
Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

10:48 31 oktyabr 2024
Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

12:00 30 oktyabr 2024
“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

09:28 30 oktyabr 2024
Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

12:00 29 oktyabr 2024
menu pen all_news