"ƏSA" Teatrı teatr festivalının qalibi olub

ƏSA Teatrı

ƏSA Teatrı

calendar 11 noyabr 2021
clock 16:00

ƏSA Teatrının xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı zəfərə və bu zəfəri bizə yaşadan şəhidlərimizin xatirəsinə ithaf etdiyi "Qonşu" film-tamaşası Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının təşkilatçılığı ilə keçirilən “4.4 Qısa Tamaşalar Festivalı” (QTF) qalibi olub.

Kulis.az xəbər verir ki, 11 dövlət teatrı, 6 özəl teatr, 5 müstəqil sənətçinin (22 tamaşa) iştirak etdiyi festivalın təntənəli bağlanış mərasimində birinci yerin qalibi ƏSA Teatrı elan olunub. Mükafatı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev təqdim edib. Nihad Qulamzadənin müəllifi və rejissoru olduğu “Qonşu” tamaşasının yaradıcı heyəti xüsusi diplom, “Dəfnə mükafatı” və 1500 AZN pul mükafatına layiq görülüb.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə hazırlanan “Qonşu” film-tamaşasının ictimaiyyətə açıq təqdimatı tezliklə baş tutacaq.

# 3349 dəfə oxunub

Oxşar xəbərlər

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

13:00 1 noyabr 2024
"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

14:30 31 oktyabr 2024
Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

10:48 31 oktyabr 2024
Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

12:00 30 oktyabr 2024
“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

09:28 30 oktyabr 2024
Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

12:00 29 oktyabr 2024
Norma
Norma
menu pen all_news