Füsunkar təbiətli bölgələrin ən həsrətlisi - Mehriban Ələkbərzadə Laçından yazır...

Füsunkar təbiətli bölgələrin ən həsrətlisi - Mehriban Ələkbərzadə Laçından yazır...
calendar 3 avqust 2023
clock 14:26

Kulis.az Mehriban Ələkbərzadənin "Laçın teatr layihəsi" adlı yazısını təqdim edir.

30 ildən sonra.... Yenidən Laçındayıq.

Füsunkar təbiətli bölgələrin ən həsrətlisi.

Bu gün Laçında 700 nəfərin, 180 ailənin daimi məskunlaşması təmin edilib. Köçürülmə prosesi davam edir.

Köçürülmüş ailələr vaxt ilə yaşadığı, isğaldan azad ediləndən sonra dövlət başçısının göstərişi ilə bərpa edilən, həmçinin yenidən tikilən evlərdə məskunlaşdırılır.

Laçınlıların yeni evlərində, yeni həyətlərində işıq yanır, bağ-bağça salınır.

Bu elə sevincli, elə qürur verircidir ki...

Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı zəfər Laçını qaytardı.

Yeni yollar salınır, köçürülən ailələr içməli su ilə təmin olunur.

Bu sürətli, keyfiyyətli abadlıq prosesində əhalinin mədəni həyatı da unudulmayıb.

Nəzərdə tutulmuş dirçəliş strategiyası əsasında Bakı Abadlıq MMC - nin bir sıra lahiyələri həyata keçirilir.

Laçın "Teatral studiya yay düşərgəsi", yeni, kreativ lahiyələr.

İlk dəfə Qarabağ bölgə teatrından, həmçinin, ADMİU-nın tələbləri ilə Laçında hazırlanıb quruluş verilən yeni, üç müxtəlif janrda tamaşa və bir film üzərində işlər yekunlaşmaq üzrədir.

Bu tamaşa və filmlər məhz Laçın torpağında hazırlanır; orada quruluş verilir, orada film çəkilir.

Avqustun 8-9-10-u hər gün yeni tamaşaların və filmin təqdimatı olacaq.

Laçınlılar C.Cabbarlının " Sevil", Sartrın "Son xətt" , Qorkinin "Danko haqqında əfsanə", həmçinin, " Lazım gəlsə" filminin premyerasında iştirak edəcəklər.

Bu, mədəniyyət “əsgərlərinin” vətənə tövhəsidir. Bu, bizim Laçınlılar üçün edəcəyimiz kiçik, amma şərəfli bir xidmətdir.

Bu gün müvəqqəti qurulmuş çay çadırlarını az sonra teatr binası, kinoteatr, amfiteatrlar əvəzləyəcək.

İnanırıq ki, bu tamaşalar Laçın teatrında nümayiş etdiriləcək

Bu, bizim VƏTƏNƏ xidməti borcumuzdur.

Ləyaqətlə xidmət edirik.

Yeni tamaşalara dəvətlisiniz!

# 3650 dəfə oxunub

Oxşar xəbərlər

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

13:00 1 noyabr 2024
"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

14:30 31 oktyabr 2024
Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

10:48 31 oktyabr 2024
Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

12:00 30 oktyabr 2024
“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

09:28 30 oktyabr 2024
Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

12:00 29 oktyabr 2024
Norma
Norma
menu pen all_news