Gənc Tamaşaçılar Teatrında "Leyli və Məcnun" tamaşası nümayiş olunacaq

Gənc Tamaşaçılar Teatrında "Leyli və Məcnun" tamaşası nümayiş olunacaq
calendar 12 oktyabr 2024
clock 13:00

13 oktyabr, saat 19:00-da teatrın səhnəsində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi münasibəti ilə "Leyli və Məcnun" tamaşası nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, səhnə əsərində Əməkdar artistlər Mehriban Abdullayeva, Nofəl Vəliyev, Elnur Hüseynov, Qəmər Məmmədova, Rasim Cəfər, aktyorlar Bəhram Əliheydər, Səbinə Məmmədzadə, Nuriyyə Əliyeva, Elşən Şıxəliyev, Şəbnəm Hüseynzadə, Könül Əbilova, Araz Pirimov, Müşfiq Əliyev, Ceyhun Məmmədov, Elgün Yəhyayev və digər aktyorlar iştirak edirlər.

Məhəmməd Füzulinin eyniadlı poeması əsasında dramatik janrda hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, musiqi tərtibatçısı Kamil İsmayılov, məsləhətçisi İlqar Fəhmi, döyüşlərin quruluşçusu İsa Əsədov, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Günay Qasımovadır.

Səhnə əsərində iki gəncin bir-birinə saf məhəbbətindən və onun yolunda necə faciəyə uğramalarından bəhs edir. Tamaşa lirik insani duyğularla yanaşı, həm də gəncləri vətənpərvərliyə, dostluğa sədaqətə və qarşılıqlı anlaşmaya səsləyir. Tamaşa klassik geyimləri, musiqi dramaturgiyası və gözəl dekorasiyası və quruluşu, eyni zamanda, maraqlı, dinamik və plastik aktyor oyunları ilə diqqəti cəlb edir.

# 1137 dəfə oxunub

Oxşar xəbərlər

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

13:00 1 noyabr 2024
"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

14:30 31 oktyabr 2024
Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

10:48 31 oktyabr 2024
Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

12:00 30 oktyabr 2024
“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

09:28 30 oktyabr 2024
Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

12:00 29 oktyabr 2024
menu pen all_news