Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşqlərinə başlanıldı

Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşqlərinə başlanıldı
calendar 12 sentyabr 2024
clock 11:05

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar teatrında yeni tamaşanın oxunuş məşqlərinə başlanılıb.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə, "Cırtdan" Azərbaycan xalq nağılının motivləri əsasında yazıçı Pərvin Nurəliyevanın "Cırtdanino" adlı pyesinin oxunuş məşqlərinə başlanılıb.

Birhissəli səhnə əsərinin quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Nisə Həsənova, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assisenti Sona Məhərrəmovadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova aiddir.

Tamaşada Əməkdar artistlər Şəfəq Əliyeva, Mehriban Abdullayeva, Elnur Hüseynov, aktyorlar Hilal Dəmirov, Hüseyn Bayramov, Xaliq Bəkirov, Mətləb Abuşov, Anar Seyfullayev, Elgün Yəhyayev, Zümrüd Quliyeva, Aydan Həsənzadə, Ramil Məmmədov, Mehriban Hüseynova, Kərəm Hadızadə, Hökümə Rəhimzadə, Aydın Dəmirov, Müşfiq Əliyev, İlhan Sadıqov, Anar Səfiyev, Araz Pirimov, Mirzə ağa Mirzəyev, Ümman Budaqov iştirak edirlər.

Nağılda balaca tamaşaçılarımız Cırtdan və nağılın digər qəhrəmanlarından başqa yad planetlərdən gəlmiş Nino adlı robotla da tanış olacaqlar. Nino Cırtdanı və onun dostlarını Yer planetdən başqa planetlərə səyahətə aparacaq, alimlərin, oyuncaqların, sülhün var olduğu fərqli dünyalarla tanış edəcəkdir. Həmçinin vaxtilə uşaqların etdikləri yaramazlıqlar səyahətə çıxdıqları planetlərdə müxtəlif forma və hadisələrlə onların qarşısına çıxacaqdır. Məcəralarla dolu səhnə əsəri müasir quruluşla uşaqları yoldaşlığa dostluğa və sülhə səsləyəcək mesajlarla zəngindir.

# 963 dəfə oxunub

Oxşar xəbərlər

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

13:00 1 noyabr 2024
"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

14:30 31 oktyabr 2024
Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

10:48 31 oktyabr 2024
Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

12:00 30 oktyabr 2024
“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

09:28 30 oktyabr 2024
Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

12:00 29 oktyabr 2024
menu pen all_news