Gəncə Dövlət Milli Dram Teatrı beynəlxalq festivalda

Gəncə Dövlət Milli Dram Teatrı beynəlxalq festivalda
calendar 30 sentyabr 2024
clock 16:00

Gəncə Dövlət Milli Dram Teatrının yaradıcı kollektivi türk dramaturqu Əziz Nesinin "Toros canavarı" eyniadlı pyesi ilə növbəti Beynəlxalq Teatr Festivalında iştirak edəcək.

Kulis.az xəbər verir ki, bu barədə məlumatı Gəncə Dövlət Milli Dram Teatrının Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyev verib.

Onun sözlərinə görə, Avrasiya Teatrlar Birliyinin və İstanbul - Maltepe Bələdiyyəsinin birgə keçirəcəyi Beynəlxalq Teatr Festivalına Azərbaycanla birgə İtaliya, İspaniya, Rumıniya, Serbiya, Portuqaliya, Özbəkistan, Qazaxıstan, Kipr və Ukraynanın Dövlət teatrları da qatılacaq.

Anar Ərtoğrul Burcəliyev qeyd edib ki, "1 oktyabr tarixindən 1 noyabr tarixinədək bir ay ərzində keçirilməsi nəzərdə tutulan Beynəlxalq Teatr Festivalında Gəncə Dövlət Milli Dram Teatrının quruluşunda hazırlanan Əziz Nesinin "Toros canavarı" eyniadlı pyesinin tamaşası Festival səhnəsində 4 oktyabr 2024-cü il Bakı vaxtı ilə saat 21:00-da nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru İstanbulun Maltəpə teatrının baş rejissoru, Avrasiya Teatrlar Birliyinin (ATB) baş katibi Kubilay Erdelikara, rejissoru ATB-nin Azərbaycan təmsilçisi Yusif Cəfərov, quruluşçu rəssamı Mustafa Mustafayevdir. Tamaşada əsas rolları Əməkdar artistlər İlham Hüseynov, Sevda Orucova, Novruz Cəfərov, Ramiz Vəliyev, aktyorlar Günay Cabbarova, Samir Abbasov, Akif Səfərov, Emil Salmanov, Elmir Məmmədov və Həsən Cəfərov ifa edirlər" - deyərək Anar Ərtoğrul Burcəliyev bildirib.

# 1041 dəfə oxunub

Oxşar xəbərlər

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

13:00 1 noyabr 2024
"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

14:30 31 oktyabr 2024
Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

10:48 31 oktyabr 2024
Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

12:00 30 oktyabr 2024
“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

09:28 30 oktyabr 2024
Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

12:00 29 oktyabr 2024
menu pen all_news