Gəncə Dövlət Milli Dram Teatrı Litvada

Gəncə Dövlət Milli Dram Teatrı Litvada
calendar 16 avqust 2024
clock 09:55

Litvanın Druskininkai şəhərində keçirilən Beynəlxalq Teatr festivalında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Gəncə Dövlət Milli Dram Teatrı "Kral ölür" tamaşası ilə çıxış edib.

Kulis.az xəbər verir ki, tamaşada rolları Əməkdar artistlər Elxan Abbasov ( Kral Beranje), Sevda Orucova (Qulluqçu), Kəmalə Məmmədova ( Marqarita), İlham Hüseynov ( Həkim), aktyorlar Gültəkin Mehtizadə ( Mariya), Ruslan Hüseynov (Keşikçi) canlandırıblar.

11 nəfərlik heyətə teatrın direktoru Aqil Bəhramlı rəhbərlik edib. Festivala qatılan heyətin tərkibində tamaşanın rejissoru Tural Mustafayev, Avrasiya Teatrlar Birliyinin Azərbaycan təmsilçisi Yusif Cəfərov da yer alıblar.

Tamaşadan sonra Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev və səfirlik nümayəndələri aktyorlarla görüşüb və xatirə şəkli çəkdiriblər. Teatrın direktoru Aqil Bəhramlı festivalın direktoru Mariya Tananaya ağacda yonulmuş, əl işi olan dahi şair Nizami Gəncəvinin məqbərəsini hədiyyə edib.

Qeyd edək ki, iyulun 21-dən 28-dək Gəncə Dövlət Milli Dram Teatrı "Kral ölür" tamaşası ilə Avrasiya Teatrlar Birliyinin Portuqaliyada keçirdiyi festivalda iştirak edib və festivalın Qran-Pri mükafatına layiq görülüb.

# 1589 dəfə oxunub

Oxşar xəbərlər

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

13:00 1 noyabr 2024
"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

14:30 31 oktyabr 2024
Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

10:48 31 oktyabr 2024
Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

12:00 30 oktyabr 2024
“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

09:28 30 oktyabr 2024
Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

12:00 29 oktyabr 2024
menu pen all_news