“İki iyirmi üç arasında” tamaşası nümayiş olundu

“İki iyirmi üç arasında” tamaşası nümayiş olundu
calendar 5 dekabr 2023
clock 16:38

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü il Azərbaycanda “Heydər Əliyev ili” elan edilib. Lənkəran Dövlət Dram Teatrı da öz növbəsində “Heydər Əliyev ili”nə töhfə olaraq Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadənin “İki iyirmi üç arasında” əsəri əsasında eyniadlı verbatim-kompozisiyaya quruluş verib.

Kulis.az xəbər verir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən kompozisiya sənədli teatr estetikasında – verbatim janrında qurulub.

Kompozisiyada Ulu Öndər Heydər Əliyevin 1923-cü ildən 2003-cü illər ərzindəki həyat və fəaliyyəti təqdim olunur; onun Azərbaycan xalqının ictimai-siyasi, sosial-kulturaloji həyatındakı rolu, millətimizin özünüdərk prosesi yolundakı fəaliyyəti göz önündə canlandırılır; Ulu Öndər milli azərbaycançılıq ideologiyasının banisi kimi təqdim edilir.

Kompozisiyanın məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin zəngin yaradıcılığını tamaşaçılara və yeni nəslə çatdırmaq, müasir Azərbaycanın qurucusu kimi xalqımızın tarixində oynadığı rolu bir daha nümayiş etdirməkdir.

Verbatim-kompozisiyanın quruluşçu rejissoru Emil Əskərov, quruluşçu rəssamı Fuad Babazadə, rəssamı Nərgiz Baxşızadə, geyim üzrə rəssamı Güli Süleymanlı, musiqi tərtibatçısı Vüqar Fərəcov, qrafik dizayneri Fidan Hüseynzadə, video mühəndisi Şəhriyar Camalbəylidir.

Rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artistlər Sücəddin Mirzəyev və Zemfira Nəcəfova, aktyorlardan Şarud Mehdiyeva, Aynur Əhmədova, Səyad Əliyev, Miraslan Ağayev, Allahverən Babayev, Qızılgül Quliyeva, Buludxan Buludov, Hikmət Cəfərov, Gülər Kərimova, Rauf Zeynalov, Saleh Əzimzadə, Ayşən Əsədova, Əlirza Şahbazi, Günel Abbaszadə, Emil Rzayev, Aysel Babazadə, Təvəkkül Həsənov, Vəfa Hacızadə, Məleykə Cəfərova və Teymur Hacızadə oynayıb.


# 2216 dəfə oxunub

Oxşar xəbərlər

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

13:00 1 noyabr 2024
"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

14:30 31 oktyabr 2024
Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

10:48 31 oktyabr 2024
Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

12:00 30 oktyabr 2024
“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

09:28 30 oktyabr 2024
Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

12:00 29 oktyabr 2024
menu pen all_news