Kukla Teatrından balacalara bayram ərməğanı

Kukla Teatrından balacalara bayram ərməğanı
calendar 30 dekabr 2023
clock 13:27

Azərbaycan Dövlət Kukla Teatrının balacalara bayram ərməğanı olan “Qış nağılı” tamaşası böyük maraqla qarşılanıb.

Kulis.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Saida Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyevdir.

Səhnə işinin ilk izləyiciləri sağlamlıq imkanları məhdud balaca tamaşaçılar olub. Teatrın mütəmadı həyata keçirdiyi sosial-mədəni aksiyasına uyğun olaraq 200 nəfərə yaxın müxtəlif həssas qrupa aid uşaq və yeniyetmə tamaşanı böyük maraqla qarsalayıblar.

Musiqi tərtibatlı birhissəli uşaq tamaşasında mövzu müasir uşaqlar və onların əyləncə dünyasını əhatə edir. Uşaqlara həm sosial şəbəkələr ilə uzun zaman keçirməyin zərərləri aşılanır, həm də şifahi xalq ədəbiyyatı nümunələrindən seçilən məşhur personajlar və hadisələr vasitəsilə mütaliəyə maraq yaradılır.

Səhnə əsəri 2024-cü il yanvarın 4-dək hər gün 4 seans (12:00, 14:00, 16:00, 18:00) nümayiş olunacaq.

AZƏRTAC

# 2548 dəfə oxunub

Oxşar xəbərlər

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

13:00 1 noyabr 2024
"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

14:30 31 oktyabr 2024
Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

10:48 31 oktyabr 2024
Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

12:00 30 oktyabr 2024
“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

09:28 30 oktyabr 2024
Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

12:00 29 oktyabr 2024
menu pen all_news