Mingəçevir Dövlət Dram Teatrı mövsümü başa vurub

Mingəçevir Dövlət Dram Teatrı mövsümü başa vurub
calendar 24 iyul 2024
clock 10:55

Mingəçevir Dövlət Dram Teatrı mövsümü “Subaylarınızdan görəsiniz” tamaşası ilə başa vurub.

Kulis.az xəbər verir ki, tamaşadan əvvəl səhnəyə çıxan teatrın direktoru Əməkdar artist İntiqam Soltan 56-cı mövsümdə sənət ocağının uğurlarından danışıb.

Qeyd edilib ki, kollektiv daxili qastrol səfərlərində olub. “Varlı qadın”, “Zamanın rüzgarı”, “Odunçunun nağılı”, “Tık-tık xanım”, “Qoğalın nağılı” və “Göyçək Fatma” tamaşaları Oğuz, Zaqatala, Yevlax, Kürdəmir, Ucar, Ağdaş və Göyçay rayonlarında uğurla nümayiş etdirilib.

Sonra Xalq artisti Valeh Kərimovun quruluşunda İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” tamaşası təqdim olunub.

Səhnə əsərinin quruluşçu rəssamı Pakizə Adilbəyli, musiqi tərtibatçıları Gülcahan Yusifova və Elnur Rəsulovdur.

Tamaşada Afət Əliyeva, Asim Məmmədov, Turqut Məsimli, Aytən Gəncəli, Vəfa İsmayılova, Elvin Əkbərli, İbrahim Salamov, Arif Əhmədov və Ruhəngiz Abdullayeva çıxış ediblər.

# 1287 dəfə oxunub

Oxşar xəbərlər

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

13:00 1 noyabr 2024
"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

14:30 31 oktyabr 2024
Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

10:48 31 oktyabr 2024
Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

12:00 30 oktyabr 2024
“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

09:28 30 oktyabr 2024
Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

12:00 29 oktyabr 2024
menu pen all_news