Musiqili Teatrın solisti Qazaxıstanda uğurla çıxış edib

Musiqili Teatrın solisti Qazaxıstanda uğurla çıxış edib
calendar 26 sentyabr 2024
clock 14:30

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Rauf Babayev Qazaxıstanın Qaraqanda şəhərində keçirilən “DosStar” XIII Açıq Operetta və Müzikl Festivalında uğurla iştirak edib.

Teatrın mətbuat xidmətindən Kulis.az-a bildirilib ki, o, Qazaxıstan, Rusiya, Özbəkistan və Macarıstanın məşhur operetta ulduzlarının qatıldığı festivalda həm məşhur macar bəstəkarı İmre Kalmanın "Sirk şahzadəsi" əsərində Toni Bonvil obrazını canlandırıb, həm də qala-konsertdə çıxış edib.

Beynəlxalq tədbirlərdə ölkəmizi təmsil edərkən çox böyük qürur hissi keçirdiyini vurğulayan Rauf Babayev səfər təəssüratlarını bölüşüb: “Bu dəfə də səfərdən gözəl təəssüratlarla ayrılmışam. Qısa zaman ərzində müxtəlif ölkələrdən olan aktyorlarla birgə keçdiyimiz fasiləsiz məşqlərin uğurlu nəticələri, tamaşaçıların alqışları ilə xoş xatirələrə çevrilən gözəl anlar məni hədsiz məmnun etdi. Dünya teatrları ilə qarşılıqlı mədəni əlaqələrin inkişafına təkan verən layihələrin davamlı olmasını arzulayıram.

Həmişə olduğu kimi, bu dəfə də qazandığım mükafatları teatrımıza həsr edirəm və yaradılan şəraitə görə teatr rəhbərliyinə minnətdarlığımı bildirirəm".

# 591 dəfə oxunub

Oxşar xəbərlər

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

13:00 1 noyabr 2024
"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

14:30 31 oktyabr 2024
Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

10:48 31 oktyabr 2024
Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

12:00 30 oktyabr 2024
“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

09:28 30 oktyabr 2024
Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

12:00 29 oktyabr 2024
menu pen all_news