“Oyaq gözəl” tamaşası nümayiş olunacaq

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı

calendar 25 oktyabr 2021
clock 20:00

Oktyabrın 29-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Oyaq gözəl” tamaşası nümayiş ediləcək.

Kulis.az xəbər verir ki, tanınmış rus uşaq yazıçısı Vladimir İlyuxovun fransız yazıçısı Şarl Perronun “Yatmış gözəl” nağılından bəhrələnərək qələmə aldığı ikihissəli “Oyaq gözəl” pyesi əsasında hazırlanan eyniadlı tamaşa maraqlı nümunələrdəndir.

Teatrın gənc rejissoru Anar Məmmədovun quruluşunda hazırlanan səhnə əsərinin əsas qayəsini böyükləri dinləmək, qəhrəmanlıq, güclə ağlın bərabərliyi və məntiqə əsaslanmaqla bütün maneələrdən keçmənin mümkünlüyü təşkil edir.

Komik elementlərlə zəngin nağıl-tamaşa müasir üslubda hazırlandığından burada dövrün uşaqlarının yaxından tanıdığı və sevdiyi nağıl qəhrəmanlarının sintezinə nail olunub.

Birhissəli uşaq tamaşasının bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarov, rəssamı Əfşan Əsədovadır.

# 6198 dəfə oxunub

Oxşar xəbərlər

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

13:00 1 noyabr 2024
"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

14:30 31 oktyabr 2024
Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

10:48 31 oktyabr 2024
Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

12:00 30 oktyabr 2024
“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

09:28 30 oktyabr 2024
Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

12:00 29 oktyabr 2024
menu pen all_news