“Pinokkionun sərgüzəştləri” tamaşası nümayiş olunacaq

Kukla teatrı

Kukla teatrı

calendar 1 noyabr 2021
clock 18:35

Noyabrın 5-də A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Pinokkionun sərgüzəştləri” tamaşası nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, quruluşçu rejissoru Yelene Mastxonaşvili, quruluşçu rəssamı Vaxtanq Koridze, bəstəkarı Şalva Masxonaşvili olan birhissəli kukla tamaşası özünəməxsus üslubu ilə seçilir.

Səhnə əsərində ilk nəzərə çarpan dekorasiyanın rəngarəngliyi, xoş enerji ötürən rəng uyumudur. Kiçik pərdə açılır və bu məkan gah Pinokkionun evi, gah da marionet teatrı olur.

Tamaşanın müəllifləri nağılın bütün süjetini yox, bəzi əsas məqamları seçib səhnəyə gətiriblər. Usta Ceppeto taxtadan kukla düzəldir və onu Pinokkio adlandırır. Tamaşanın əsas personajlarından olan Pişik və Tülkü Pinokkionu marionet teatrına aparmaq istəyirlər. Pinokkio razılaşır və teatrda Qala adlı bir marionet kukla ilə tanış olur. Qala özü haqqında mahnı bəstələdiyinə görə mənfəətgir teatr direktoru onu qutuya saldırır.

Pinokkio Tülkü və Pişiyi aldadıb marionet teatrından qaçır.

Bu əhvalat uşaqlarda azadlıq, sərbəstlik hisslərini aşılayır. Bəzən təkrarlanan xırda bir element onları həyəcanlandırır və güldürür - Pinokkionun burnunun hər dəfə divara ilişməsi kimi.

Uşaq nağılı üçün vacib bir cəhət də unudulmayıb - sehr. Pinokkio sehrli çubuqla canlanır, sehrli çubuqla xəstəlikdən sağalır. Musiqi və mahnı parçaları dinamikliyi artırır və uşaqların bu sahədə qavrayışlarını itiləşdirir.

Personajların heç biri aqressiv simalı deyil. Yalnız Tülkü və Pişik öz əməlləri ilə hiyləgər cizgilər qazanır. Rəssam personajları sanki şarj estetikasında təqdim edir.

# 5637 dəfə oxunub

Oxşar xəbərlər

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

13:00 1 noyabr 2024
"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

14:30 31 oktyabr 2024
Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

10:48 31 oktyabr 2024
Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

12:00 30 oktyabr 2024
“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

09:28 30 oktyabr 2024
Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

12:00 29 oktyabr 2024
menu pen all_news