“Qadınım” tamaşası növbəti dəfə səhnədə

“Qadınım” tamaşası  növbəti dəfə səhnədə
calendar 9 iyul 2024
clock 14:34

İyulun 12-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncər Çücənoğlunun “Matroşka” pyesi əsasında hazırlanan “Qadınım” tamaşası yenidən nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, musiqili melodram janrında qurulan səhnə əsərinin quruluşçu rejissoru Prezident mükafatçısı İradə Gözəlovadır.

“Qadınım”da teatrın gənc aktyorları Əmrah Dadaşov və Gültac Əlili, teatrın xor və balet heyəti iştirak edirlər.

Türk retro musiqilərinin canlı ifa olunduğu tamaşanın süjet xəttində sevgi və ehtiras dolu iki aşiqdən bəhs olunur. İlk baxışdan sadə görünən tamaşanın əslində dərin mənaları var. İnsanların ailə və cəmiyyət içərisində özlərini tənha hiss etmələri, ömrü boyu ideal sevgi və xoşbəxtlik axtarışında olmaları çox vaxt onlara xəyal qırıqlığı yaşadır.

# 1156 dəfə oxunub

Oxşar xəbərlər

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

13:00 1 noyabr 2024
"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

14:30 31 oktyabr 2024
Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

10:48 31 oktyabr 2024
Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

12:00 30 oktyabr 2024
“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

09:28 30 oktyabr 2024
Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

12:00 29 oktyabr 2024
Norma
Norma
menu pen all_news