“Qarınqulu ayı” uşaq tamaşasının premyerası olacaq

“Qarınqulu ayı” uşaq tamaşasının premyerası olacaq
calendar 2 fevral 2022
clock 14:00

“Qarınqulu ayı” uşaq tamaşasının premyerası olacaq

Tanınmış uşaq yazarı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vüqar Haqverdiyevin “Qarınqulu ayı” uşaq pyesi əsasında Bakı Uşaq və Gənclər Teatrında yeni tamaşa hazırlanır.

Teatrdan Kulis.az-a verilən məlumata görə, sözügedən tamaşa kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulub və ideya, məzmun, süjet baxımından müasirliyi və orijinallığı ilə seçilir. Əsərin əsas məramı sevimli heyvanların dili ilə uşaqlara dostluq, yoldaşlıq hisslərini aşılamaq, düz danışmağın niyə vacib olduğunu göstərmək, eləcə də balacalarda həkimə, iynəyə qarşı qorxu hissini götürməkdir.

Tamaşanın rejissoru tanınmış teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti İntiqam Soltandır.

Qeyd edək ki, Bakı Uşaq və Gənclər Teatrının fevral repertuarı zəngindir. “Qarınqulu ayı” tamaşasının premyerası isə 2022-ci il fevralın 19-da saat 12:00-da Teatrın səhnəsində baş tutacaq.

# 2369 dəfə oxunub

Oxşar xəbərlər

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

13:00 1 noyabr 2024
"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

14:30 31 oktyabr 2024
Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

10:48 31 oktyabr 2024
Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

12:00 30 oktyabr 2024
“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

09:28 30 oktyabr 2024
Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

12:00 29 oktyabr 2024
menu pen all_news