Şah Mat Teatrı mövsümü “Stullar”la açacaq

Şah Mat Teatrı mövsümü “Stullar”la açacaq
calendar 7 oktyabr 2021
clock 17:30

Müstəqil ŞAH MAT Teatrı 5-ci teatr mövsümünü və pandemiyadan sonra ilk tamaşasını Ejen İonsekonun “Stullar” tamaşası ilə açacaq.

Kulis.az xəbər verir ki, xronometrajı 50 dəqiqə olan tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Səbinə Abutalıbzadədir.

Tamaşa bu gün saat 19.00-da “Salaam Cinema Baku”-nun səhnəsində tamaşaçılara təqdim olunacaq.

Absurd üslubunda hazırlanan tamaşanın qəhrəmanı uzun illərdir adada tənha yaşayır. Hər gün eyni əhvalatlardan, eyni xatirələrdən bezir və qərara gəlir ki, dünyada sağ qalmış insanları evinə qonaq çağırsın. Beləliklə, qapı döyülür və xəyali qonaqlar təşrif buyurur. Hər qonağa boş bir stul. Qonaqlar gəlməyə başlayır, səbirsizliklə gözlənilən əlahəzrət imperator da gəldikdən sonra, növbə Natiqdədir. O, bizim qəhramanın çoxdan düşündüyü və heç kəsə demədiyi sözləri çatdırmalıdır.


İki personajın rol aldığı səhnə əsərində Mir Qabil Əkbərov və Fərid Vəliyev ifa edir.


Qeyd edək ki, tamaşa 16+ hazırlanıb. Tamaşanın biletlərini iticket.az saytından onlayn və ya tamaşa günü Salaam Cinemadan əldə edə bilərsiniz.

# 4873 dəfə oxunub

Oxşar xəbərlər

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

13:00 1 noyabr 2024
"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

14:30 31 oktyabr 2024
Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

10:48 31 oktyabr 2024
Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

12:00 30 oktyabr 2024
“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

09:28 30 oktyabr 2024
Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

12:00 29 oktyabr 2024
menu pen all_news